Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


əlavə şüura həm də qiymətverici-motivləşdirici tərəf



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə271/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   267   268   269   270   271   272   273   274   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

əlavə şüura həm də qiymətverici-motivləşdirici tərəf 
daxildir
. Burada şəxsiyyətin fəaliyyət motivləri, mənəvi idealları habelə 
qabiliyyəti və yaradıcı təxəyyülü əsas yer tutur. Şüurun bu sferası 
dəyərlərlə sıx bağlıdır. Gözəllik, doğruçulluq, həqiqət, ədalət, xeyirxahlıq 
və sair dəyərlər insanın mə‟nəvi məqsədləri ilə ətraf gerçəkliyin 
uyğunlaşması formaları kimi çox mühümdür. Deyilənlərdən əlavə şüur 
tələbat, mə‟nafe, iradə və hafizə ilə ayrılmaz əlaqədədir. 
Şüurun tərkibində mənlik şüuru çox mühüm yer tutur. 
Bə‟zən 
belə fikir söylənilir ki, mənlik şüuru şüurdan kənarda, onunla yanaşı 
mövcuddur. Əslində isə mənlik şüuru şüurun daxilində onun yüksək 
səviyyəsi kimi çıxış edir. Mənlik şüuru insanın özünün fikir və hisslərinin, 
mə‟nafe və məqsədlərinin öyrənilməsinə yönəlir. Başqa sözlə bu halda 
insanın daxili aləmi şüurun obyekti kimi çıxış edir. Beləliklə 
mənlik 
şüuru insanın öz hərəkətlərini, hissləri və fikirlərini, davranış 
motivlərini, mənafelərini, cəmiyyətdə öz yerini başa düşməsidir.
1

Insanın öz-özünə maraq göstərməsi təzə məsələ deyildir. Vaxtı ilə 


Sokrat «özün-özünü dərk et!» şüarını e‟lan etmişdi. Bu çağırışı o öz fəlsəfi 
dünyagörüşünün çıxış nöqtəsi hesab edirdi. 
Özünü dərk etmək və özü haqqında fikirləşmək yalnız insana 
məxsus keyfiyyətdir
. Doğrudan da hər bir insanın «Mən»ində ən azı üç 
obrazı ayırmaq olar: a) insan hazırki vəziyyətdə özünü necə qavrayır; b) o 
öz «Mən»inin idealını necə təsəvvür edir; s) onun «mən»i başqalarının 
gözündə necə görürnür. 
Fəlsəfədə «Mən» problemi subyekt ilə obyektin (bu halda insanın 
özünün), insan ilə dünyanın, şüur ilə varlığın münasibəti kimi götürülür. 
Burada «Mən» şüura daxil olan mühüm moment kimi mə‟nalandırılır. 
Insanın öz-özünü dərk etməsi onun fəaliyyətinin və inkişafının 
nəticəsidir. Özünüdərk şüurun inkişafının xeyli dərəcədə sonrakı dövrünün 
məhsuludur. Mənlik şüurunun formalaşması şəxsiyyətin qüvvələrinin və 
bütövlüyünün artması, müstəqil subyekt kimi qərarlaşması gedişində baş 
verir. 
Mənlik şüurunda insan öz şüurunun, hərəkətlərinin və ünsiyyətinin 
subyekti kimi özünü başa düşür. Əgər şüur başqa bir obyekt haqqında 
bilikdirsə, ondan fərqli olaraq mənlik şüuru insanın özü haqqında bilikdir. 
Vaxtilə Hegelin dediyi kimi o bir növ həm özünü, həm də başqalarını 
aşkar edən mə‟nəvi işıqdır.
2
Mənlik şüuru insanın özünə kənardan baxa bilmək qabiliyyəti ilə 
bağlıdır. O insana öz şüur aktlarına tənqidi yanaşmaq imkanı verir. Bu o 
1
Спиркин А.Г. Философия, с.387. 
2
Bax: Гегель, Сочинения, т.3, с.201 


224 
deməkdir ki, subyekt öz daxili dünyasına aid olan hər şeyi, kənardan daxil 
olanlarla müqayisə edir, onlardan fərqləndirir, beləliklə də öz daxilini daha 
dərindən öyrənir. Heyvanlar da ətrafdakı hadisələr haqqında müəyyən 
elementar biliyə (nisbi mə‟nada əlbəttə) malik olurlar. Lakin insan onlar-
dan fərqli olaraq öz biliyi haqqında biliyə malik olur. Yə‟ni insan özünün 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   267   268   269   270   271   272   273   274   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin