Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə273/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   269   270   271   272   273   274   275   276   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

özünüqiymətləndirmə
və 
özünənəzarət
ilə ayrılmaz əlaqədədir.
Mənlik şüuru refleksiya (hərfi mə‟nası əks etdirmə deməkdir) 
anlayışı ilə sıx bağlıdır. Refleksiya şəxsiyyətin öz daxili mə‟nəvi həyatının 
sehrli dərinliklərinə nəzər salmaqla özü haqqında əldə etdiyi 
düşüncələrdir. O insana öz ruhunda, daxili mə‟nəvi aləmində gedən 
prosesləri başa düşməyə kömək edir. Məhz onun sayəsində insan öz daxili 


225 
dünyasının ənginliklərinə baş vura bilir. Insan zəkalı mövcudat kimi daim 
öz hərəkətlərini ölçüb -biçir. Onları etdikdən sonra isə alınmış nəticələri 
təhlil edir, ümumiləşdirir. Və müəyyən ibrət dərsi götürür. Bütün bunlar 
cəmiyyətin digər üzvləri ilə çoxtərəfli əlaqələr, onların mənafelərini 
nəzərə almaqla həyata keçirilir. Buradan aydındır ki, refleksiya əlahiddə 
götürülmüş fərdin hüdudları çərçivəsində baş vermir. O şəxsiyyətin 
digərləri ilə ünsiyyətdə, ümumbəşəri mədəniyyət və insanlıq normalarına 
qovuşması prosesində formalaşır.
Qeyd edək ki, refleksiya müxtəlif səviyyələrdə özünü göstərir. Bu-
rada elementar mənlik şüurundan başlayaraq insanın öz varlığının mə‟nası 
və əxlaqi mahiyyəti haqqında dərin düşüncələrə qədər müəyyən pillələri 
ayırmaq olar. Öz daxilindəki mə‟nəvi prosesləri mə‟nalandırarkən insan 
həm də buradakı neqativ momentləri görə bilir. Bu halda o onlara tənqidi 
yanaşır, axmaq hərəkət və vərdişlərdən uzaqlaşmağa çalışır. Nəticədə öz-
özünü yaxşı dərk edən insan daim inkişaf edir və təkmilləşir.
Mənlik şüuru tarixən dəyişkən və dinamikdir. Hər bir dövrdə o 
mürəkkəb struktura malikdir. Burada aşağıdakı üç səviyyəni qeyd etmək 
olar. 
Birinci pillə 
nisbətən sadə olub insanın özünü necə hiss etməsini
hansı əhval ruhiyyəyə malik olmasını ifadə edir. Bu səviyyədə mənlik 
şüuru sırf şəxsi səpki alır, yə‟ni şəxsiyyətin öz vəziyyətinə yönəlir. Bu 
halda maddi gerçəkliyə münasibət arxa plana keçir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   269   270   271   272   273   274   275   276   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin