228
yüklənmiş olardı. Beləliklə də insanın məhsuldar düşünməsi və ağıllı
hərəkət etməsi çox çətinləşərdi.
Fəlsəfə tarixində qeyri-şüurinin təbiəti və mahiyətini öyrənmək
yolunda cəhdlər çox olmuşdur
. Hələ qədim hind tə‟limlərində qeyri-
şüuri intuisiya kimi qeyd edilmişdir. Onu hətta kainatın hərəkətverici
qüvvəsi kimi təsvir edirdilər.
Platon da göstərmişdir ki, insanın ruhunda
gizli dərk olunmayan biliklər mövcuddur. Zəka çox vaxt onların olmasını
heç şübhəsinə belə gətirmir.
Yeni dövr fəlsəfəsində Dekart psixika ilə şüuru eyniləşdirirdi. Bu-
radan da o belə bir nəticə çıxarırdı ki, şüurun hüdüdlarından kənarda psix-
iki proseslər deyil, yalnız fizioloji proseslər baş verir.
Fəlsəfə tarixində ilk dəfə V.Leybnis qeyri-şüurinin mə‟nəvi
fəaliyyətin aşağı forması olduğu haqda bitkin tə‟lim yaratmışdır. Onun
fikrincə bütün şüur hadisələri qeyri-şüuri həyatda,
onun zəminində
yaranır. Psixikada aydın çıxış edən şüurlu təsəvvürlərlə yanaşı həm də
sanki yatmış və ya sönmüş təsəvvürlər (kiçik persepsiyalar) da vardır.
XIX əsrdə romantizm nəzəriyyəsinin tərəfdarları qeyri-şüuri
ideyasını bədiii yaradıcılığın mənbəyi kimi inkişaf etdirdilər.
Məsələn
Şopenhauerin irrasionalist tə‟limində qeyri-şüuri, təbiətin iradəsi və həyat
mənbəyi kimi təsəvvür olunurdu. Onun davamçısı olan F.Nitsşe də belə
hesab edirdi ki, zəkaya inam bəsləmək çox böyük yanlışlıqdır. Zəka ikinci
dərəcəli rol oynayır. Tarix onu öz yerini qeyri-şüuri fəaliyyətə,
avtomatizmə verməyə məhkum etmişdir.
Qeyri-şüuri sferası, onun insan davranışında yeri və rolu haqqında
tə‟limi məşhur avstriya psixiatrı Z.Freyd (1856-1939) yaratmışdır. Bu
barədə onun özü yazırdı ki, mən insanları vulkanın
zirvəsinə gətirmişəm
və onları qeyri-şüurinin coşğun qaynayan kraterinə baxmağa məcbur
etmişəm.
Freydin tə‟limi psixoanaliz adlanır. O psixikanın şüuraltı halarının
müşahidə edilməsi və öyrənilməsinə əsaslanır.
Dostları ilə paylaş: