237
yektdir. O ümuməhəmiyyətli xarakter daşıyan ruhun və zəkanın
daşıyıcısıdır. Hegelə görə insan yalnız özünün ümumi və azad olduğunu
dərk etdikdə şəxsiyyətə çevrilir. Onun fikrincə cəmiyyət daxilində
üstünlük fərdə deyil, sosial birliyə və kollektivə məxsusdur.
Feyerbaxın tə‟limində insanın mə‟nəvi fəaliyyətindən hissi cismani
tərəfə dönüş edilir. O belə hesab edirdi ki, Hegelin mütləq ruh ideyası
insanın həqiqi mahiyyətinin mistikləşdirilmiş ifadəsidir. Feyerbaxın antro-
poloji materializmi bundadır ki, o insanın mahiyyətini ön plana çəkir. O
göstərirdi ki, insanı öyrənmək fəlsəfənin yeganə, universal və ali predme-
tidir. Lakin Feyerbax insanın mahiyyətini mücərrəd fərd kimi anlayırdı.
Ona xalis bioloji mövcudluq kimi yanaşırdı. Feyerbaxın fəlsəfəsində bir
səciyyəvi cəhət də onun dinə münasibətidir. O dinə insanın xassələrinin
özgələşməsi kimi baxırdı: guya insan ikiləşir və Allahın simasında öz
mahiyyətini müşahidə edir. Bu cür ikiləşmənin səbəbini o insanın təbiətin
və cəmiyyətin kortəbii qüvvələrindən asılı olmasında görürdü. Onun
tə‟limində din «qeyri-şüuri formada təzahür edər mənlik şüuru» kimi çıxış
edir.
XIX əsrdəki qeyri-klassik fəlsəfi tə‟limlər insanın
Dostları ilə paylaş: