Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə292/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   288   289   290   291   292   293   294   295   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

 
3. Insanın mahiyyəti və mövcudluğu 
 
Insanın fəlsəfi mə‟nalandırılmasında onun mahiyəti ilə bağlı məsələ 
çox mühüm yer tutur. Yuxarıda deyildiyi kimi müxtəlif filosoflar insanı 
heyvandan fərqləndirərkən ondakı müxtəlif keyfiyyətləri əsas götürürlər. 
Əslində insani heyvandan ayıran əlamətlər çoxdur. Lakin insanın 
mahiyyətini müəyyən edərkən onun bütün əlamətlərinə deyil, yalnız ən 
mühüm əlamətlərinə arxalanmaq lazımdır. Belə əlamət insanın 
fəaliyyətidir. O yaradıcı xarakter dayşıyır və müəyyən ictimai 
münasibətlər sistemində baş verir. Buna görə də ictimai münasibətlər 
inkişaf etdikcə fəaliyyət də təkmilləşir. Hər bir insanın inkişafında onun 
mövcud ictimai münasibətləri mənimsəməsi dərəcəsi mühüm yer tutur. 
Amma insan təkcə cəmiyyətin və ictimai münasibətlərin məhsulu olmaqla 
qalmır. O həm də öz-özünün yaradıcısıdır. Bu mə‟nada o ictimai 
münasibətlərin həm obyekti, həm də subyektidir.
Yuxarıda deyilənlər sübut edir ki insanın mahiyyəti onun sosial 
yaradıcı fəaliyyəti ilə müəyyən olunur. Fəaliyyətdən sosial 
1
Теййар де Шарден. Феномен человека. М., 1987, Мир философии, част 
II, М., 1991, с.77. 


246 
münasibətlərdən və ünsiyyətdən kənar insan yoxdur
. Bununla belə 
insanda fəaliyyətin rolu birmə‟nalı qəbul olunmur. 
Fəlsəfi antropologiyanın banilərindən biri alman filosofu M.Şeler 
(1874-1928) insanın mahiyyətini izah edən təlimləri beş növə ayırır: 1) 
avropa-xristian doktrinası; 2) antik-yunan; 3) naturalist; 4) dekadans 
nəzəriyyə; 5) fövqəlinsan konsepsiyası. Əlbəttə bu tipologiyanın tam 
dəqiq olduğunu söyləmək çətindir. Lakin o bütövlükdə insan və onun 
mahiyyəti ilə bağlı məsələlərin təhlilində mühümdür. Göründüyü kimi 
burada birinci üç növ insanın müvafiq obrazını (dini insan, zəkalı insan və 
naturalist insan) ifadə edir. Dördüncü tip (dekadans qiymət) bir növ natu-
ralist və supranaturalist meylləri birləşdirir. Burada iki üsul (insanı alçal-
dan və insanı yüksəldən) bir-birilə müqayisə edilir. Nəhayət beşinci baxış 
insanı fövqəltəbii mövqedən izah etməyə çalışır.
1
Burada Nitsşenin irəli 
sürdüyü fövqəlinsan ideyası əsas götürülür. Lakin Şeler bu təlimi rasional-
ist əsasda izah edir. 
Birinci tip antropoloji təlim avropa-xristian-doktrinası geniş 
yayılmış teist təlimdir (bu dünyanın Allahın tərəfindən yaradıldığını qəbul 
edir). Bu təlim Şelerin fikrincə nə fəlsəfədə nə də elmdə yaranmamışdır. 
Onun kökləri dini inamdadır. Burada yəhudi dini (birinci növbədə Vetxiy 
Zavet), antik dini tarix və Incildəki müddəalar əhatə olunur. Bütövlükdə 
insana dini baxış özündə aşağıdakı bir-birilə əlaqəli tezisləri əhatə edir: 
insanın Allah tərəfindən yaradılan olması, insan nəslinin Adəm və 
Həvvadan əmələ gəlməsi, cənnət və cəhənnəm haqqında tə‟lim, günahı və 
savabı qeyd edən mələklər tə‟limi, esxatolik (bəşəriyyətin gələcəyinin puç 
olması) tə‟lim, şəxsiyyətin azadlığı və mənəviyyatı tə‟limi; ruhun 
ölməzliyi və bir bədəndən digərinə keçməsi, dirilmə və qiyamət gününə 
aid baxışlar. Buraya daha iki tərəfi əhatə etmək olar. Insanın Allahın surəti 
və bənzəri olması fikri və Allahın insanda təzahürü (Allahın oğlu fikri). 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   288   289   290   291   292   293   294   295   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin