Fəaliyyət insanın təbiətdən yüksəkdə durduğunu göstərir. Məhz
fəaliyyət insanı müstəqil antropoloji tip kimi ayırmağın əsasında du-
rur. Bunu müasir elmi nailiyyətlər də sübüt edir.
Insan təkcə öz mahiyyətinə müncər olunmur. Onun
mövcudluğu məsələsi də çox mühümdür
. Mahiyyət bütün insan nəslinin
keyfiyyət səciyyəsini təşkil edir. Ondan fərqli olaraq mövcudluq hər bir
fərdə aiddir, onun həyatının konkret empirik ifadəsidir. Buna görə də
mahiyyət anlayışı onu tam əhatə etmir. Mövcudluq ayrılıqda götürülmüş
insanı və ya birlik formasını bütün rəngarəngliyi ilə səciyyələndirir.
Insanın mahiyyəti və mövcudluğu problemi ekzistensializm
fəlsəfəsində daha geniş yer tutur. Onun nümayəndələri (j.Sartr, A.Kamyu,
M. Haydegger və b.) insanın fərdi -real varlığını transendensiya (ən ümu-
mi reallıq hüdudlarından kənara çıxan) ilə nisbətdə götürürlər.
1
Шелер М. Человек и история. (Человек: образ и сущность). М., 1991,
с.143.
248
Mövcudluq həmişə fərdi xarakter daşıyır. Buna görə də ekzistensia-
lizm fəlsəfəsinə görə fərdin varlıqı ilə cəmiyyətin varlığı iki müxtəlif
tərəflərdir. Həm də bunlar bir-birilə daim münaqişə vəziyyətindədir.
Ayrıca bir fərd həmişə şəxsiyyətdir, cəmiyyət isə şəxsiyyət deyildir.
Odur
ki, ekzistensialistlər əsl həqiqi varlığı şəxsiyyətin fərdi mövcudluğu ilə
onun azadlığı və transendensiyaya meylliliyi ilə bağlayırlar. Beləliklə
ekzistensializm insanın mahiyyətini mövcudluğundan ayırır
. Məsələn
Sartr göstərirdi ki, bütün digər obyektlərdən fərqli olaraq insanda əvvəlcə
mövcudluq, sonra isə mahiyyət yaranır. Əlbəttə bu fikir də müəyyən
maraqlı cəhət də vardır. Yəni təzə doğulan uşaq mövcuddur, lakin o hələ
insanlıq mahiyyəti nəmalik deyildir. Onun insanlıq mahiyyəti sonradan,
sosiallaşma prosesində formalaşır. Lakin bu faktı şişirdərək insanın
mahiyyəti ilə mövcudluğunu bir birindən ayırmaq doğru olmazdı. Onlar
bir-birilə dialektik vəhdət təşkil edir.
Insanın mahiyyətini izah edərkən aşağıdakı nöqteyi-nəzərə də
diqqət yetirilməlidir. Hazırda antropoloq filosofların bir qismi belə bir
fikir irəli sürürlər ki, zəkalı insan bioloji növü təhlükəli həddə
yaxınlaşmışdır. Onların fikrincə təbiət amansızdır. O özünün yaratdığı
uğursuz törəmələri bir kənara atır. Buna görə də ola bilsin ki, təbiətin
yaratmış olduğu insan da məhvə düçar olsun. Bu fikri söyləyərkən onlar
aşağıdakı dəlillərə istinad edirlər: planetdəki hər bir canlı prinsip ehtibarilə
mükəmməldir. Məsələn heyvanlar öz instinktiv proqramı üzrə hərəkət
edirlər. Hörümçəklər məharətlə tor toxuyur. Yaxud da quşlar heç bir navi-
qasiya cihazından istifadə etmədən uzaq məsafələrə uçurlar. Arılar böyük
ustalıqla instinktiv şəkildə şan yaradırlar. Canlılardan yalnız insan
instinktlərlə məhdudlaşmır, sərbəst proqram üzrə fəaliyyət göstərir. Sonra,
insan psixikası ilə heyvan psixikasını müqayisə edərkən insanda müəyyən
tarazlığın pozulduğu hiss olunur. Misal üçün cinsi instinktə diqqət yetirək.
O, heyvanda yalnız ilin müəyyən dövrlərində (nəsli artırmaq üçün əlverişli
şərait yarandıqda) baş qaldırır. Insanda isə tamamilə başqa cürdür. Onun
ehtirasları praktiki olaraq hər vaxt özünü göstərə bilir. Yaxud da digər bir
misal. Heyvanda orqanizmin bütün hərəkətləri və xarici aləmə psixoloji
reaksiyaları normal və təbiidir. O özünə lazım olan qidanı axtarır və
təhlükədən qaçır. Heyvanda sadizm və mazoxizm kimi keyfiyyətlər yox-
dur. O öz nəslinin nümayəndələrinə əzab verməkdən, ziyan yetirməkdən
həzz almır. Insanda isə bəzən elə patoloji vəziyyət yaranır ki, o başqasına
əziyyət verməkdən, onu incitməkdən müəyyən zövq alır. Insan bəlkə də
yeganə canlı növüdür ki, öz nəslinin nümayəndələrini məhv edir. Məsələn,
canavar bir başqası ilə döyüşdə məğlub olduqda məğlubiyyət əlaməti kimi
dodaqlarını göstərir. Bu qarşı tərəfin qələbəsini tanımaq deməkdir. Belə
hallarda əksərən, qalib gəlmiş canavar onu öldürmür. Eləcə də maral
249
başqası ilə mübarizədə məğlub olduqda buna bənzər təslimçilik hərəkəti
edir və qarşı tərəf onu məhv etmir. Insan isə bundan fərqli olaraq ağ bay-
raq qaldıranıda, dizi üstə çöküb yalvaranı da öldürə bilir.
Dostları ilə paylaş: |