245
Insanın mənşəyi haqqında müasir dini fəlsəfənin görkəmli
nümayəndəsi Təyyar de Şardenin (1881-1955) fikri də maraqlıdır.
Kainatın təkamülünü anlamaqda «insan fenomeninə» əsaslanır.Onun
fikrincə gələcəyə yönəlmiş təkamül insanların şüurlu fəaliyyətindən
keçərək baş verir. Insan materiyanı dəyişdirmək yolu ilə təkamülün
yaradıcı prosesinə qovuşur və bu təkamlülün uğurlarına görə məsüliyyət
daşıyır. Təkamülün əxlaqını din yaradır, buna görə də din elmlə
birləşməli, öz prinsiplərinin izahını yeniləşdirməli və fəaliyyət göstərən
dinə çevrilməlidir. Beləliklə o insanın təkamül prosesində heyvanlar
aləmindən yarandığını qəbul edir. Lakin bu prosesdə insanın şüurunun,
zəkasının və özünü dərk etməsinin rolunu həddən artıq şişirdirdi. O
göstərirdi ki, heyvanat aləmindən insana keçid insanın morfologiyasında
elə bir ciddi dəyişikliklər yaratmır. Bu keçid daha çox insanın daxili
aləmində baş verir. Insana bənzər mövcudatların inkişafı gedişində onların
xarici həyat fəaliyyəti, tədricən daxili, subyektiv istiqamət alır. Onun
fikrincə insanın heyvandan üstünlüyünü ifadə edən mərkəzi fenomen-
refleksiyadır. Refleksiya dedikdə o insan şüurunun öz-özünü dərk etmə
qabiliyyətini başa düşürdü.
1
Şardenə görə məhz refleksiya insanabənzər
meymunların vəziyyətini dəyişdirmiş, onların daxili həyatını insana yaxın-
laşdırmışdır.
Dostları ilə paylaş: