243
formasını tapır. Bu momentdən başlayaraq təfəkkür elə bir maddi əsas
əldə edir ki, onun sayəsində ictimai qüvvəyə, müxtəlif şəraitləri
modelləşdirən ruha çevrilir. O həm də insan üçün daha məqbul, daha
yaxın və effektiv praktiki fəaliyyət yollarını axtarıb tapan vasitə olur.
Sözlər insanın əqli qabiliyyətlərini üzə çıxarır və maddiləşdirir. Bu
mə‟nada insanın zəkalı mövcudat olması eyni zamanda danışan mövcudat
olması deməkdir. Sözlər həm də kommunikativ mexanizmi ifadə edir.
Yə‟ni onlar vasitəsilə insanın daxili dünyası başqaları üçün və bə‟zən də
onun özü üçün aydın olur. Sözlər təkcə onun ünvanlandığı şəxsə deyil,
həm də danışanın özünün psixikasına tə‟sir göstərir. Sözlərdə fikir
obyektivləşir, onun predmeti aydın şəklə düşür və bitmiş forma alır.
Cümlələrdə ifadə olunmuş fikirlərin üstünlükləri və nöqsanları daha aydın
nəzərə çarpır. Belə fikri sonradan kollektiv rə‟yin köməyilə tamamlamaq,
təkmilləşdirmək mümkün olur. Qədim insanın rəsmlərdə çəkdiyi ov etmək
planı bütün qəbilə üzvlərinin düşüncə obyektinə çevrilir. Onların hər biri
öz düzəlişlərini verir, şübhə ilə yanaşır və lazım gəldikdə hətta bu planı
rədd edə bilirdi.
Beləliklə əmək alətləri ilə yanaşı nitq də insanın və onun şüurunun
formalaşmasının çox mühüm amilidir. Nitq həm də cəmiyyət üçün son
dərəcə zəruri olan müxtəlif ünsiyyət formalarının inkişafında, sosial
təcrübənin, simvolların, mədəni dəyərlərin toplanmasında böyük rol
oynayır.
Qeyd olunmalıdır ki,
Dostları ilə paylaş: