Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


başqa bir  mübahisəli tərəfi də vardır



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə289/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   285   286   287   288   289   290   291   292   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

başqa bir 
mübahisəli tərəfi də vardır
. Bu, insanın əcdadlarının ətraflarının adapta-
siyaya uğrayaraq dəyişməsinə aiddir. Məsələ bundadır ki, belə dəyişilmə 
qəbul edilsə də elə bir xüsusi əhəmiyyət kəsb etmir. Belə ki, ətrafların 
dəyişilməsi (məsələn əlin barmaqlarının) pəncənin dəyişməsi, dik 
yeriməni tə‟min edən pəncənin dabanının yüksəlməsi ilə birləşməli idi. 
Bunlara əlavə olaraq həm də
onu göstərmək olar ki, bel sütununun
udlağın, çənənin, başın, dişlərin daxili orqanların dəyişilməsini də təkcə 
uyğunlaşma izah etmir. 
Nəhayət 
psixikanın və beynin dəyişilməsi və 
inkişafını adaptasiya (uyğunlaşma) hesab etmək dəqiq deyildir. Əgər bu 
belədirsə, onda ibtidai insan özünün müasir insandakından demək olar ki, 
fərqlənməyən beynini necə əldə etmişdir.
Bu deyilənlərdən görmək olar ki, insanın mənşəyinin əmək 
nəzəriyyəsində mübahisəli və ehtimal xarakterli xeyli məsələ vardır. 
Şübhəsiz ki, elmin gələcək inkişafı burada yeni dəqiq məqamlar aşkar 
edəcəkdir. Görünür insanın mənşəyi bioloji tələbatdan keyfiyyətcə yeni 
tələbata keçilməsinin məhsuludur. Insan öz bioloji tələbatını dəyişə bilmir, 
sosial tələbatlar isə onun həyat tərzindən törəmədir. Beləliklə insanın 
praktiki həyat fəaliyyəti üsulu onların tələbatlarını həm keyfiyyətcə və 
həm də kəmiyyətcə dəyişdirir.
Antropososiogenez prosesində dil çox mühüm rol oynamışdır

Əmək alətlərinin yaranması və onların təkmilləşdirilməsinə olan tələbat 
insanın şüurlu olduğunu göstərir. Doğrudan da əgər insan əmək aləti 
hazırlayırsa, bu onun tələbatı və öz sosial əhəmiyyətini başa düşməsi ilə 
əlaqədardır. Bu, bilik bacarıq və əmək vərdişləri o qədər yüksək olmasa da 
xarici predmetin insan həyatı üçün faydalığını əks etdirir. Beləliklə də xa-
rici, kənar amillər insanın daxilinə, onun əmək vərdişlərinə və hissi 
obrazlarına çevrilir. Sonuncular əmək vərdişəri ilə yanaşı mövcud olur və 
insanın məqsədli ustanovkaları ilə bağlıdır. Bu isə o deməkdir ki, artıq 
qədim insan xeyli dərəcədə mürəkkəb işarə strukturları sisteminə (dil, 
alətlər sistemi, yasaqlar və normalar) malik olmuşdur. 
Əmək alətləri öz özlüyündə ilk sün‟i işarə deməkdir. Bu, sifətin 
dəyişməsi, hərəkət və heyvanların səs siqnallarından fərqli olaraq yeni 
siqnal idi. Belə ki, insan ona obyektiv mə‟na verirdi. Lakin belə işarələr 
vasitəsilə ünsiyyət məhdud xarakter daşıyır. Burada isə dil köməyə gəlir. 
Beləliklə də səs kompleksləri insanların həyatında mühüm rol oynayan 
sosial mə‟naları maddilləşdirmək funksiyasını öz üzərinə götürür. Nitq 
insanın təfəkkürünə ən çox adekvat olan maddi forma rolunu oynayır. 
Insanların qayğısı, niyyəti, planı sözlərin timsalında çoxdan axtarılan ifadə 


243 
formasını tapır. Bu momentdən başlayaraq təfəkkür elə bir maddi əsas 
əldə edir ki, onun sayəsində ictimai qüvvəyə, müxtəlif şəraitləri 
modelləşdirən ruha çevrilir. O həm də insan üçün daha məqbul, daha 
yaxın və effektiv praktiki fəaliyyət yollarını axtarıb tapan vasitə olur.
Sözlər insanın əqli qabiliyyətlərini üzə çıxarır və maddiləşdirir. Bu 
mə‟nada insanın zəkalı mövcudat olması eyni zamanda danışan mövcudat 
olması deməkdir. Sözlər həm də kommunikativ mexanizmi ifadə edir. 
Yə‟ni onlar vasitəsilə insanın daxili dünyası başqaları üçün və bə‟zən də 
onun özü üçün aydın olur. Sözlər təkcə onun ünvanlandığı şəxsə deyil, 
həm də danışanın özünün psixikasına tə‟sir göstərir. Sözlərdə fikir 
obyektivləşir, onun predmeti aydın şəklə düşür və bitmiş forma alır. 
Cümlələrdə ifadə olunmuş fikirlərin üstünlükləri və nöqsanları daha aydın 
nəzərə çarpır. Belə fikri sonradan kollektiv rə‟yin köməyilə tamamlamaq, 
təkmilləşdirmək mümkün olur. Qədim insanın rəsmlərdə çəkdiyi ov etmək 
planı bütün qəbilə üzvlərinin düşüncə obyektinə çevrilir. Onların hər biri 
öz düzəlişlərini verir, şübhə ilə yanaşır və lazım gəldikdə hətta bu planı 
rədd edə bilirdi. 
Beləliklə əmək alətləri ilə yanaşı nitq də insanın və onun şüurunun 
formalaşmasının çox mühüm amilidir. Nitq həm də cəmiyyət üçün son 
dərəcə zəruri olan müxtəlif ünsiyyət formalarının inkişafında, sosial 
təcrübənin, simvolların, mədəni dəyərlərin toplanmasında böyük rol 
oynayır. 
Qeyd olunmalıdır ki, 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   285   286   287   288   289   290   291   292   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin