Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə286/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   282   283   284   285   286   287   288   289   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

birinci mövqe 
göstərir ki, insan un-
ikal mövcudatdır. O, öz-özünün yaradıcısı, dünyadakı bütün şeylərin 
1
Z.Məmmədov. Azərbaycan fəlsəfəsi tarixi, Bakı, 1994, s.249. 


239 
ölçüsüdür. 
Ikinci 
baxışa görə insan Allahın yaratdığı möcüzədir. 
Üçüncü 
nöqteyi-nəzər isə hesab edir ki, insanın yaranması təbiətin səhvidir. O son-
suz sayda, nöqsanlara malik olan bədbəxt törəmədir. Buna görə də insanın 
gələcəyi yoxdur. 
Insanın mahiyyəti mürəkkəb olduğu üçün çoxölçülü xarakter 
daşıyır. Onda aşağıdakı dörd səpkini ayırmaq olar: 
bioloji, psixiki, sosial 
və kosmik

Birinci səpki
insanın anatomik və fizioloji xassələrində, gene-
tik əlamətlərində, onun orqanizmində baş verən beyin-əsəb proseslərində, 
fiziki və elektrokimyəvi dəyişikliklərdə ifadə olunur. Başqa sözlə bu 
mövqe insanı bioloji orqanizm kimi öyrənir. 
Psixiki səpki
insanın ruhi-
mənəvi dünyasını nəzərdə tutur. Burada söhbət insandakı şüurlu və qeyri-
şüuri proseslərdən, onun iradəsi, hissləri, hafizəsi, xarakteri, temperamenti 
və sair psixiki səciyyələrindən gedir. 
Sosial səpki xüsusilə
mühüm olub, 
insanların ictimai mahiyyətini araşdırır. Onun diqqət mərkəzində 
aşağıdakı məsələlər durur: insanın sosial münasibətlər sistemində yeri
onun fəaliyyətinin xarakteri, həyatının təşkili formaları, mə‟nəvi dünyası, 
mədəniyyəti və sair. 
Nəhayət son dövrdə
intensiv müzakirə olunan 
dördüncü səpki 
insan ilə kosmos, kainat arasında qarşılıqlı 
münasibətlərin bütöv bir sistemini əhatə edir.
Qeyd olunmalıdır ki, bu səpkilərin hər biri özü-özlüyündə çox va-
cibdir. Lakin onların heç biri ayrı-ayrılıqda götürüldükdə mürəkkəb insan 
fenomenini aça bilmir. Buna görə də də insan haqqında hərtərəfli biliyə 
malik olmaq üçün onların hamısını qarşılıqılı tə‟sirdə və vəhdətdə 
götürmək zəruridir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   282   283   284   285   286   287   288   289   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin