238
insan düşüncəli, nəfsə malik (şüurlu), bütün yaranmışlardan üstün varlıq,
yer üzünün əşrəfi hesab olunurdu.
Islam dini də insanın izahına geniş yer verir. Burada insan maddi
cisim (bədən) və mə‟nəvi (ruh) kimi təsəvvür olunurdu. Hesab edilir ki,
maddi (cismani) müvəqqəti xarakter daşıyır, ruh isə əbədidir. Insan
öldükdən sonra onun ruhu ilahiyə qovuşur. Bununla yanaşı islam dini
insanın özünü anlamasına və cəmiyyəti dərk etməsinə böyük əhəmiyyət
verir.
XIII əsrin böyük mütəfəkkiri Nəsirəddin Tusi qeyd edirdi ki, insan
yaşamaq üçün yeməyə möhtacdır, lakin insanın yeməyi heyvanlardakı
kimi ələf və sudan ibarət deyil, təbiət tərəfindən hazır şəkildə verilmir.
Tusi ictimai varlıq olan insanın ictimai həyatdan-cəmiyyətdən kənarda
mövcudluğunu qeyri-mümkün saymışdır. O yazırdı: «dünyanın intizamı,
məişətin nizamı əməklə hasilə gəldiyindən, insan növü isə köməksiz
yaşaya bilmədiyindən əmək köməksiz, kömək də ictimai birliksiz ola
bilməz. Deməli insan növü öz təbiəti ehtibarilə ictimai birliyə
möhtacdır».
1
Görkəmli azərbaycan şairi I.Nəsimi insan anlayışına təkcə ontoloji
deyil, həm də humanist və etik mə‟na vermişdir. O insanı «kiçik aləm»
adlandırır və göstərirdi ki, o öz kamilliyinə görə maddi şeylərdən daha
yüksəkdə durur. Nəsiminin fəlsəfəsində «Mən» anlayışı ən geniş həcmli
anlayış olan «Haqq» (Allah) ilə eyniləşdirilir və bütün mövcudatın cəmi
kimi götürülürdü.
Insan, onun mahiyyəti və idrakı ilə bağlı məsələlər Fizulinin
yaradıcılığında da geniş yer tutmuşdur. O insanın mahiyyətini, onun idraki
qabiliyyəti və kamilliyi ilə əlaqələndirirdi. Fizuliyə görə aqil insan öz
xilqəti barədə düşünməli, öz varlığının mahiyyətini araşdırmalı, özünün
əvvəlini və sonunu dərk etməlidir.
Şərq fəlsəfi fikrinin materialist ən‟ənələrini davam etdirən
M.F.Axundov da insana böyük diqqət yetirirdi. O ömrünün son dövründə
yazdığı əsərlərdə insan, onun həyatı, azadlığa nail olmağın yolları barədə
maraqlı fikirlər irəli sürmüşdür.
Beləliklə insan, onun mahiyyəti, mövcudluğu və gələcəyi ilə bağlı
problemlər bütün dövrlərdə fəlsəfədə başlıca yeri tutmuşdur. Bu
problemlərin maddi və mə‟nəvi səpkiləri daim fəlsəfi fikrin diqqət
mərkəzində olmuşdur.
Bütövlükdə insanın anlaşılmasına dair müxtəlif baxışları aşağıdakı
kimi üç formada qruplaşdırmaq olar:
Dostları ilə paylaş: