Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Bir sözlə antik fəlsəfədə insan ali başlanğıca -taleyə tabe olan



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə283/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   279   280   281   282   283   284   285   286   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Bir sözlə antik fəlsəfədə insan ali başlanğıca -taleyə tabe olan 
mikrokosmos kimi götürülürdü.
1
Платон. Сочинения, В 3 т, т. 2, М., 1970, с.238.


236 
Orta əsrlər fəlsəfəsində insan Allahın yaratmış olduğu mövcudat 
kimi təsvir olunurdu. Xristian dini açıqca göstərirdi ki, o «Allahın obrazı 
və bənzəridir». Bu tə‟limə görə insan ilahinin müəyyən etdiyi dünya 
qaydasının passiv iştirakçısıdır. 
Insanın əsas vəzifəsi Allaha qovuşmaq 
və qiyamət günündə öz günahlarına görə cəza çəkməkdir
. Orta 
əsrlərdən fərqli olaraq intibah dövrünün fəlsəfi fikrində insan bir növ 
göydən yerə endirilir. 
Insanın humanizmi və şəxsiyyəti ön plana çəkilir

Onda xeyrxahlıq, xöşbəxtlik və harmoniya kimi keyfiyyətlərin olması 
zəruri hesab edilir. Insanın müstəqilliyi, onun qüvvə və qabiliyyətinin 
tükənməzliyinə inam e‟lan olunurdu. Yeni dövr fəlsəfəsində bir tərəfdən 
insanın fərdi mənafeləri, sosioloji və etik individualizmi ön plana çəkilir. 
Məsələn Hobbsa görə insan insanın düşmənidir. Hamının hamıya qarşı 
mübarizəsi cəmiyyətin təbii vəziyyəti hesab olunurdu. Insanlar arasında 
daim rəqabət baş verir. Digər tərəfdən həmin dövrdə antropoloji rasiona-
lizm (insanın əsl mahiyyətini fikirləşməkdə, zəkada görmək deməkdir) 
meydana gəlir. Məsələn R.Dekart belə hesab edirdi ki, fikirləşmək insanın 
mövcudluğunun yeganə dəqiq göstəricisidir. «Fikirləşirəmsə, deməli 
mövcudam» sözləri ona məxsusdur. XVIII əsr fransız materialistləri üçün 
insana mexaniki baxış, onu maşın kimi və təbiətin məhsulu kimi 
göstərmək səviyyəvidir. Insana maşın kimi yanaşılması Lametrinin 
tə‟limində əsas yer tutmuşdur. Holbax, Helvetsiy və Didro isə insanı 
təbiətin məhsulu hesab edirdilər. Onların mövqeyinə görə insanın 
fəaliyyəti qəti surətdə təbiət qanunları ilə şərtlənir. O hətta fikrən də 
təbiətdən kənara çıxa bilməz. 
Klassik alman fəlsəfəsində insan mövzusu çox geniş müzakirə 
olunmuşdur. Bu fəlsəfənin banisi I.Kant göstərirdi ki: «Insan nədir?» sualı 
fəlsəfənin əsas məsələsi, insanın özü isə «bütün dünyada başlıca predmet-
dir»
1

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   279   280   281   282   283   284   285   286   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin