Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə282/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   278   279   280   281   282   283   284   285   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

insanı kompleks 
və hərtərəfli öyrənməyə tələbat və ehtiyac yaranır. Bu vəzifə isə 
fəlsəfənin öhdəsinə düşür. O ümumnəzəri və dünyagörüşü elmi olmaq 
etibarilə insan haqqındakı konkret elmləri bir növ inteqrasiya edir

Fəlsəfədə insanı kompleks və hərtərəfli təhlil edir. Beləliklə də insanı 
öyrənən konkret elmlərin dar çərçivəsini, məhdudluqlarını aradan 
qaldırmağa imkan verir. 
Müasir dövrdə insana kompleks yanaşılması tələbatı bir sıra 
amillərlə şərtlənir. Hər şeydən əvvəl göstərilməlidir ki, insan çox 
mürəkkəb və müxtəlif tərəfləri əhatə edən varlıqdır. Buna görə də onu 
bütün əhatəliyi və hərtərəfliyi ilə öyrənmək zərurət halını alır. Insan 
haqqında elmlərin vahid sistem şəklində inteqrasiyası isə yalnız fəlsəfi 
zəmin üzərində həyata keçirilə bilər. Qeyd edək ki, uzun illər fəlsəfi 
fikirdə hökmranlıq edən ehkamçılıq və əzbərçilik fəlsəfənin bu funksiyanı 
yerinə yetirməsinə mane olmuşdur. Yalnız son dövrlərdə insanın fəlsəfi 
planda çoxölçülü universal səciyyəsini vermək üçün şərait yaranmışdır. 
Bu isə insan varlığının unikal xarakterini, mahiyyəti və təbiətini açmağı, 
onun təbii bioloji cəhətlərini və sosial keyfiyyətlərini araşdırmağı nəzərdə 
tutur.
XVIII əsr fransız filosofu Helvetsiy insana bütöv və hərtərəfli 
yanaşmağın zəruriliyini göstərərək yazırdı: «Insan haqqında elm tam 
mə‟nada götürüldükdə hüdudsuzdur, onu öyrənmək uzun və çətin işdir. 
Insan müxtəlif rəssamların seyr edilmək üçün sərgiyə qoyulmuş modelinə 
bənzəyir. Hərə onun bir cəhətinə baxır, lakin hələ heç kəs onu bütövlükdə 
əhatə edə bilməmişdir»
1
Insan nədir? Ilk nəzərdə belə görünə bilər ki, bu o qədər də ciddi 
sual deyildir. Çünki kimliyindən asılı olmayaraq hamıya elə gəlir ki, o bu 
suala cavab verə bilər (ən azı adi danışıq mə‟nasında). Əslində isə bu suala 
elmi cavab vermək çox çətindir. Insan ən mürəkkəb və sirli 
obyektlərdəndir. Onun mahiyyətinin izahında hələ də bir çox məsələlər 
aşkar olunmamış qalır. Insanın mahiyyəti Kainat qədər sirrlidir. Bu 
mə‟nada onun öyrənilməsini bitmiş hesab etmək olmaz. Elm onun 
dərinliklərinə nüfuz etdikcə açılmamış qatların çox olduğu daha aydın 
görünür. Odur ki, insanı tam öyrənmək üçün bir ömür kifayət deyildir. 
Amma bu çox şərəfli işdir. Insan üçün onun özünü öyrənməkdən maraqlı 
heç nə yoxdur. Müdriklərdən biri demişdir: əgər bütün həyatını insanı 
1
Гельвеций К. О человеке, М., 1938, с.4. 


235 
öyrənməyə sərf etmisənsə, onda ömrünün hədər getmədiyini söyləyə 
bilərsən. Buna görə bəşəriyyət ta qədimdən insana bütöv bir tam kimi 
fəlsəfi baxımdan yanaşmağa cəhd göstərmişdir. Insana fəlsəfi yanaşma, 
onun 
mahiyyətini 
aşkar 
etməyi, 
fəallığının 
konkret 
-tarixi 
determinasiyasını müəyyən etməyi, onun varlığının müxtəlif tarixi 
mövcudluq formalarını açmağı nəzərdə tutur. 
Fəlsəfi antropologiya rəsmi elm kimi keçən əsrin əvvəllərində 
M.Şeler və Q. Plesner tərəfindən Almaniyada yaradılmışdır. Lakin bu heç 
də o demək deyildir ki, ona qədər insan haqqında tə‟limlər mövcud 
olmamışdır.
Insan haqqında ilk təsəvvürlər hələ qədim Hind və Çin fəlsəfi 
tə‟limlərində ifadə olunmuşdu. Məsələn Vedalarda və Upanişadlarda 
insanın mə‟nəviyyatı, onu ehtiraslardan azadetməyin yolları göstərilirdi. 
Burada fərdi ruhun ( atmanın) dünya ruhuna, universal prinsipə (brahma-
na) qovuşması əsas yer tuturdu. Qədim Çində geniş yayılmış Konfusilik 
və daosizm tə‟limlərində də insanın əxlaqi davranışı təbiət və kainat ilə 
əlaqələndirilir, tərbiyə məsələləri diqqət mərkəzində dururdu. 
Ümumiyyətlə Qədim Şərq fikrində insanın təbii və sosial aləminə 
hümanist münasibət, onun daxili dünyasının təkmilləşdirilməsi başlıca yer 
tuturdu. 
Qədim Yunan fəlsəfəsinin erkən dövründə də insanla bağlı 
müəyyən maraqlı fikirlər irəli sürülmüşdü. Lakin insana doğru həqiqi 
dönüşü sofistlər və Sokrat etmişdirlər. Sofistlərin görkəmli nümayəndəsi 
Protaqor yazırdı: "Insan bütün mövcudluqların ölçüsüdür, həm mövcud 
olan şeylərin ölçüsüdür ki, onlar mövcuddur, həm də mövcud olmayan 
şeylərin, çünki onlar mövcud deyildir".
1
Sokrat insanın daxili dünyasına xüsusi diqqət yetirirdi. O özünün 
etik rasionalizm prinsipində göstərirdi ki, xeyirxahlıq bilik ilə ayrılmaz 
sürətdə bağlıdır. Onun fikrincə əxlaqi təkmilləşmə həqiqətin dərki 
deməkdir. Demokritin tə‟limində insan təbiətin bir hissəsi kimi, atomlar-
dan ibarət hesab edilirdi. Insanın ruhu da atomlardan təşkil olunur və 
bədən ölən kimi, o da ölür. Platon isə ondan fərqli olaraq insanda ruhu ön 
plana çəkirdi. O göstərirdi ki, məhz ruh sayəsində insan mövcuddur. 
Bədən ruha düşmən olan materiyadır. Aristotelin konsepsiyasında insan 
ictimai mahiyyət kəsb edən varlıq hesab olunurdu. Onun fikrincə insanın 
digər bir mühüm keyfiyyəti ağla, zəkaya malik olmasıdır. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   278   279   280   281   282   283   284   285   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin