Insan
danışmadan fikirləşəndə daxili nitqdən istifadə edir
. Daxili nitq səssiz
olur. Bu formada baş verən düşüncələr insanın özünün özü ilə dialoqunu
xatırladır. Dil özünəməxsus və son dərəcə mürəkkəb işarələr sistemidir.
Söz (səslər və hərflər) işarə və siqnal funksiyası yerinə yetirir. Insan
informasiyanı təkcə adi dil vasitəsi ilə deyil. Həm də müəyyən işarə siste-
minin köməyi ilə əldə edir.
Işarə dedikdə
elə bir maddi predmet, proses,
hərəkət başa düşülür ki, o ünsiyyətdə başqasını təmsil edir və
informasiyanı əldə etmək, qoruyub saxlamaq, dəyişdirmək və ötürmək
üçün istifadə olunur. Ilkin işarə sistemi adi, təbii dildir. Qeyri-dil işarə
sistemləri də mövcuddur. Bunlara misal olaraq surət işarələrini, əlamət
işarələrini, siqnal işarələrini, simvol işarələrini göstərmək olar.
Müasir cəmiyyətdə informatika və "fikirləşən maşınlar" geniş tətbiq
olunur.
Bunun sayəsində insan fəaliyyətinin kompüterləşdirilməsi baş
verir
. Bu isə öz növbəsində
şüurun mahiyyəti məsələsinə yeni tərzdə
yanaşmağı tələb
edir. Həm də şüurun imkanları ilə maşınların imkanları,
şüur və kompüter texnikasının optimal əlaqələndirilməsi məsələləri xüsusi
əhəmiyyət alır.
Bütövlükdə insan beyninə kibernetik sistem kimi yanaşmaq
mümkündür. Təsadüfi deyildir ki, kibernetikanın baniləri (N.Viner, U.Eşbi
və b.) bu elmin yaradılmasında mərkəzi əsəb sistemi, özünütənzimetmə
ideyası, əks əlaqə və sair məsələlər barəsində fiziologiyanın və
psixologiyanın nailiyyətlərini yüksək qiymətləndirirdilər. Öz növbəsində
kibernetika yaranandan sonra beyin fəaliyətinin təhlilində müsbət rol
oynayır.
Insanın baş beyni və əsəb sistemini kibernetik sistemlərə aid etmək
olar. Onların bu oxşarlığı həm struktura, həm də fəaliyyətin əsas
prinsiplərinə görə özünü göstərir. Bunlara əsaslanaraq hazırda psixiki
fəaliyyətin bə‟zi funksiyalarının sün‟i kibernetik qurğular vasitəsilə
modelləşdirilməsi işi uğurla həyata keçirilir. Lakin onlar həm də fərqlənir.
Belə ki, insan beyni mürəkkəb əsəb sistemidir. Burada 14 milyard əsəb
232
neyronu əhatə olunur, çəkisi cəmi 1,5 kq-dır. 25-30 vatt enerji sərf edir,
10
15
bayt (ikili vahid) tutumlu yaddaşa malikdir. Müasir elektron hesab-
lama maşını isə ondan sadədir. Onun ən yaxşı halda on minlərlə elementi
olur. Lakin EHM beyin ilə müqayisədə çox ağırdır, yüz kq-larla çəkiyə
malikdir, kilovatlarla enerji işlədir, yaddaşı isə cəmi -500 min baytdır.
Sonra, hər bir kibernetik maşın yalnız əks etdirir, fikirləşə bilmir. O
sadəcə modelləşdirir, yaxud da bir dildən başqa dilə tərcümə edir, amma
fikirləşmir. Bununla əlaqədar belə bir fakta diqqət yetirmək maraqlıdır.
Kanadada yerli fermerin ünvanına onun 00.00. dollar borclu olduğu
haqqında kağız gəlir. Fermer maşının bu gağızına məhəl qoymur, onu zibil
qutusuna tullayır. Təxminən üç ay ərzində maşın dəfələrlə bu məzmunda
kağız göndərir. Axırda onu borcu ödəməmək üstündə xüsusi xidmət
orqanlarına verəcəyi ilə hədələyir. Bu zaman fermer 00.00. dollar
məbləğində bank qəbzi yazıb ödəmək üçün göndərir. Bir neçə gündən so-
nra aldığı cavab məktubunda kompüter ona borcunu ödədiyinə görə
minnətdarlıq bildirir.
Deyilənlər elmi -texniki tərəqidə kibernetika və informatikanın ro-
lunu azaltmır.
Kibernetikanın banisi N.Vinerin aşağıdakı sözləri maşın ilə insan
arasındakı münasibətləri doğru səciyyələndirir: «Insana aid olan şeyləri
insana, hesablama maşınına aid olanları isə hesablama maşınına verin.
Görünür insan ilə maşının birgə fəaliyyətinin təşkilində ağıllı xətt bundan
ibarət olmalıdır»
1
Hazırda
bəşəriyyət
cəmiyyətin
informatikləşməsi
və
kompüterləşdirilməsi mərhələsinə daxil olmuşdur. Son dövrlərdə yaradılan
super-EHM-lər insan ilə kompüterin daha sıx qarşılıqlı tə‟sirdə olmasına
imkan yaradır. Planet miqyasında kompüter şəbəkəsi -INTERNET
yaradılmışdır. Burada səmərəli rabitə forması olan elektron poçtundan
geniş istifadə edilir.
1
Винер Н. Творец и робот, М., 1986, с.82-83.
|