Freyd bu tərəfləri at ilə süvarinin nümunəsində göstərirdi. O atı qeyri-şüuriyə, zəkanı isə süvariyə bənzədirdi. Nə qədər ki, at sakitdir, süvari onun üzərində
hökmranlıq edir. Lakin at yüyəni gəmirib yeyəndən sonra süvarinin
nəzarətindən çıxır. Bu halda süvari atın getdiyi istiqamətlə hesablaşmağa
məcburdur. Eynilə də qeyri-şüuri zəka üzərində nəzarət edir, ona yol
göstərir.
Beləliklə Freyd insanların davranış və hərəkətlərində qeyri- şüuri
sferanın rolunu həddən artıq şişirdirdi. Bu, nəticə etibarı ilə
insanın sosial mahiyyətini, onun zəkalı mövcudat kimi əhəmiyyətini aşağı salır . Bu-
nunla yanaşı qeyri-şüuri sferanı seçib götürmək və onu profesional şəkildə
təhlil etmək Freydin xidməti hesab olunur. O ilk dəfə eksperimental və
klinik mə‟lumatlar əsasında insan psixikasında qeyri-şüurinin mühüm rol
oynadığını əsaslandırmışdır.
Qeyri-şüurinin təbiətinin anlaşılmasında isveçrə psixoloqu və
psixiatrı K.Yunqun (1875-1961) rolu da qeyd olunmalıdır. O Freyddən
fərqli olaraq əsas diqqətini qeyri-şüurinin şəxsi deyil, kollektiv tərəfinə
yönəltmişdir. Onun fikrincə qeyri-şüuri daha qədim, psixikanın lap
keçmişdə yaratmış olduğu arxaik təbəqə kimi çıxış edir.
Bunu o arxetiplər (qədim nümunə) adlandırırdı. Yunqa görə bu «kollektiv qeyri-şüuri forma» insanların birgə fəaliyyəti ilə, qəbilənin həyatı ilə bağlıdır . Onlar insanların psixikasında özünə yer tutur və irsən nəsildən
nəslə keçir. Arxetiplər şeytan, iblis, insan və hadisə kimi, habelə mifoloji
230
formada çıxış edə bilir. Arxetip öz əzələ qüvvəsi ilə insanın psixikasını
zəbt edir və onu bəşəri hüdudlardan kənara çıxmağa məcbur edir.
Ümumiyyətlə götürdükdə
şüur ilə qeyri-şüuri vahid psixiki