226
Əqli fəaliyyət üsuluna görə şəxsiyyətin şüuru iki əsas səviyyəyə
ayrılır:
dərrakə və zəka
. Fəlsəfi fikirdə bu iki tərəfin münasibətləri
müxtəlif və bə‟zən də dolaşıq izah olunur.
Məsələn Kant göstərirdi ki,
dərrakə predmetlərdə olan ümumi cəhətləri bilmək qabiliyyətidir. Bu idra-
ki qabiliyyət müəyyən qaydalara əsaslanmaqla anlayışlar vasitəsilə
əməliyyatlar aparır. Təfəkkür prosesi dərrakədən zəkaya döğru yönəlir.
Zəka idrakın ən yüksək mərhələsidir.
O məqsədli, qeyd şərtsiz və ümumi
bilik verir.
Hegel də dərrakənin vəzifəsini
bütöv obyektləri öz tərkib
hissələrinə ayırmaqda görürdü. Dərrakə əvvəlcə ümumi məsələlərə baxır,
sonra isə fərqləri müəyyən edir. Hegelə görə zəka dialektik xarakter
daşıyır. O əkslikləri vəhdətdə götürür. Zəkanın əsas məntiqi forması
ideyadır. Ideya anlayışların yüksək inkişaf pilləsidir. O dialektik
ziddiyyətin daşıyıcısıdır.
Qeyd edək ki, dərrakə ilə zəkanın
münasibəti məsələləri uzun
müddət fəlsəfi fikrin diqqətindən kənarda qalmışdır. Yalnız son dövrlərdə
bu problemə maraq göstərilir. Nəşr olunmuş əsərlərdə dərrakə məntiqi
anlamanın ilkin pilləsi kimi səciyyələndirilir. O daha çox güzəran
təfəkkürüdür. Özünün hissi konkretliyilə
və praktiki fayda gətirməyə
yönəlməsi ilə seçilir. Dərrakə başqa sözlə sağlam düşüncə deməkdir.
Insanların gündəlik həyatda istifadə etdiyi anlayışların və təsəvvürlərin
əksəriyyəti burada formalaşır.
Zəka, məntiqi
anlamanın yüksək pilləsidir.
O refleksiya edici, fəlsəfi düşünən şüurdur.
Zəka ən geniş
ümumiləşdirmələr aparır. O daha tam və dərin həqiqi bilik əldə etməyə
yönəlir. Zəka səviyyəsində təfəkkür dərrakənin donuq formalarından azad
olur və şüurlu, başa düşülmüş şəkildə sərbəst hərəkət edir.
1
O,
nəzəri və
praktiki təfəkkürün vəhdətidir. In‟ikasın dolğunluğu və hərtərəfliliyi
baxımından daha obyektivdir. Zəkalı şüur həm də özünün dialektik olması
ilə səciyyələnir.
Şüur və təfəkkür proseslərinin effektivliyinin təmin olunması
Dostları ilə paylaş: