Bu deyilənlərlə yanaşı kosmik informasiya sahəsini də şüurun mənbələrinə aid etmək olar . Hazırda beynin dalğa kvant mexanikası təbiətinə malik olduğu hipo-
tezinin doğruluğunu sübut edən təcrübələrin sayı artır. Alimlər belə bir
nəticəyə gəlmişlər ki, beyin öz fəaliyyəti üçün enerjini bilavasitə Kainat-
dan götürən kosmik sistemdir. Insanın dərisi bu enerjini tutan mexanizm
kimi istifadə olunur. Insan beyni planetin biosferası ilə və deməli Kainatla
iki kanal vasitəsilə (enerji və informasiya kanalları) əlaqə saxlayır
1
4. Şüurun strukturu. Mənlik şüuru Insanın şüuru öz daxili məzmununa görə mürəkkəb və çoxsəviyyəli
xarakter daşıyır. O bütöv bir sistemdir. Bu sistemin daxilində bir-birilə
qanunauyğun əlaqələrdə olan müxtəlif elementlər və tərəflər vardır.
Ümumi mə‟nada götürdükdə şüurun strukturunda üç mühüm tərəfi
göstərmək olar: a)
predmet şüuru (yə‟ni xarici aləmin əşya və proseslərinin başa düşülməsi) ; b)
yaşantı (hissetmə), yə‟ni in‟ikas etdirilən obyektin məzmununa müəyyən münasibət bildirilməsi ; v)
mənlik şüuru; q)
qeyri-şüuri proseslər .
Birinci tərəfin özü də müxtəlif yetkinlik səviyyəsinə aid pillələrdən
ibarətdir. Bunlara misal olaraq adi, elmi, fəlsəfi, estetik və dini şüuru
göstərmək olar. Şüurun hissi və rasional səviyyələrə ayrılması da buraya
aiddir. Duyğular, qavrayışlar, təsəvvürlər, anlayışlar, təfəkkür şüurun
özəyini təşkil edir. Bu deyilənlərlə yanaşı şüurda diqqət də mühüm yer
tutur. Məhz diqqət sayəsində müəyyən obyektlər şüurun fokusunda
cəmlənir.
Ətraf dünyanın əşya və posesləri bizim beynimizdə təkcə idrak
obrazları, fikir və ideyalar yaratmır. Onların tə‟sirilə həm də
bütöv emo- siyalar sistemi fəaliyyət göstərir. Sonuncular ətrafa münasibət ifadəsini
(razılıq hissi, sevinc, kədər və s.), əhval-ruhiyyə (şən, bədbin, əzgin və s.)
və affektləri (qəzəb, dəhşət, ümidsizlik və s.) əhatə edir. Beləliklə hisslər
və emosiyalar şüurun mühüm struktur bölgüləridir.
1
Bax: Алексеев В., Панин А. Философия, с.163-164.