Beyin qabığına nəzər saldıqda orada fikri yox, bozumtul maddəni görmək olar . Şüur, fikir isə obektiv dünyanın subyektiv obrazıdır. Bu
obraz əsəb sistemi və beynin inkişafı ilə müəyyən olunur. O həm də
insanın təcrübəsindən və bəşəriyyətin inkişaf səviyyəsindən asılıdır.
Gerçəkliyin obrazı onun təhrif olunması kimi başa düşülməməlidir
(hərçənd bu da mümkündür). Obraz dedikdə birinci növbədə onun
ideal olduğu nəzərdə tutulur. Obraz (yəni beynimizdə predmet haqqında fikir)
yaratmaq qabiliyəti şüurun böyük üstünlüyüdür. Əgər predmetin obrazı
subyektiv deyil, onun maddi inikası olsaydı, onda heç bir dərk etmə
mümkün olmazdı.
Ətraf gerçəklikdəki obektlərin beynimizdə yaranan obrazları hissi
əyani formada və ya anlayışlar şəklində ifadə olunur. Obrazın ideallığı bu
deməkdir ki, əvvəla o
xarici obektlərə müncər olunmur. Digər tərəfdən obraz beyində gedən fizioloji proseslərdən ibarət deyildir. Ideal,
sözügedən obekt haqqında müəyyən məlumatlar verir. Bu məlumatlar
beyində yaranmır və fizioloji prosesləri əks etdirmir. Onlar ətrafdakı
obyektləri inikas etdirir. Əgər belə olmasaydı, onda insan öz qarşısındakı
düşməni ilə deyil, onu gördüyü üçün öz gözləri ilə mübarizə aparardı.
Maddi ilə ideal arasındakı fərq həm də bunda ifadə olunur ki,
təfəkkür qanunları bu anda beyində gedən fiziki, kimyavi və fizioloji qa-
nunauyğunluqlarla üst-üstə düşmür. Hərçənd sonuncular şüurun maddi
əsası rolunu oynayır.
Qeyd olunmalıdır ki; fikri, şüuru, idealı yalnız müəyyən hüdud
çərçivəsində- idrak nəzəriyyəsi baxımından maddiyə qarşı qoymaq olar.
Bu hüdudlardan kənara çıxdıqda onları mütləq əksliklər kimi göstərmək
səhvdir. Belə ki, fikir, ideal real dünyaya aiddir, nə isə fövqəltəbii bir şey
deyildir. O beynin funksiyasıdır və ondan ayrılmazdır.
Beləliklə ruh özünəməxsus varlıq növüdür. Insanın fikri ideal