216
mütəmadi e‟mal
edilməsi, əllərin təkmilləşməsinə və insan psixikasının
formalaşmasına müsbət tə‟sir göstərir. Digər tərəfdən,
əmək alətlərini
hazırlaya bilmək üçün insanların başında onu necə yaratmaq və gələcəkdə
necə istifadə etmək barədə fikri planın olması zəruridir. Buna görə beyin
tədricən daha mürəkkəb əmək əməliyyətlarını planlaşdırmağa alışır. Eyni
zamanda hiss üzvləri də inkişaf edir. Beləliklə əmək alətləri hazırlanması
gedişində tədricən anlayışlı təfəkkürün, nitq ünsiyyətinin (dilin) yaranması
baş verir. Dil isə bir tərəfdən əmək prosesinin təkmilləşməsinə müsbət
tə‟sir göstərir. Digər tərəfdən dil vasitəsilə insan maddi və mə‟nəvi
mədəniyyəti mənimsəyə bilir.
Bəşəriyyətin təşəkkülünün ilk dövrlərində ideal fəaliyyət insanın
maddi predmet fəaliyyəti ilə qovuşmuş halda çıxış etmişdir. Sonralar şüur
tədricən nisbi müstəqillik əldə etməyə başlamış
və onlar bir-birindən
ayrılmışdır. Beləliklə şüurun mənşəyi beynin psixiki fəaliyyəti və sosial
in‟ikasın təkmilləşməsi nəticəsidir. Qeyd olunmalıdır ki,
cəmiyyətdə
in‟ikas üç tərəfli xarakterə malikdir. Başqa sözlə,
insanda
Dostları ilə paylaş: