213
(davranışının) idarə olunması, tənzim edilməsi vasitəsidir. Deməli,
qıcıqlanma bütün canlılarda olub, onların xarici mühitə qarşı
cavab
reaksiyasını ifadə edir. Bu forma canlı aləmin ən ilkin səviyyəsi olan
bitkilərdən başlayaraq özünü göstərir. Məsələn bitkilər işığın tə‟sirilə öz
yarpaqlarını açır və qaranlığın tə‟sirilə onları qapayır.
Orqanizmlərdə mərkəzi əsəb sisteminin yaranması ilə inikasın ye-
ni,nisbətən yüksək forması olan
hissiyyat
özünü göstərir. O,inikasın
inkişafında növbəti mərhələni təşkil edir: Hissiyyat
dedikdə orqanizmin
ona tə‟sir edən predmetlərin xassələrini duymaq qabiliyyəti başa düşülür.
Duyğunun rüşeymləri əsəb sisteminə malik olmayan heyvan növlərindən
başlayaraq özünü göstərir. Hissiyyat yalnız
heyvanlara və insana
məxsusdur. Adından göründüyü kimi bu forma hiss orqanlarının fəaliyyəti
ilə bağlıdır. Məhz onlar kənar tə‟sirə cavab,reaksiyası həyata keçirirlər.
Hissiyyata əyani misal kimi hovuzun qaranlıq hissəsində yaşayan amöbun
hovuzun işıqlanmış tərəfinə yem ardınca üzməsini göstərmək olar. Bu za-
man amöbə tə‟sir edən işıq şüaları həm də özü ilə müəyyən informasiya
siqnalı ötürür.Nəhayət orqanizmlərin təkamülünün
ən yüksək səviyyəsi-
onurğalıların meydana gəlməsi nəticəsində inikasın ali forması olan
Dostları ilə paylaş: