Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


olması onun izahında yanlışlığa qida verir. Hətta onu mistikləşdirən



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə257/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   253   254   255   256   257   258   259   260   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

olması onun izahında yanlışlığa qida verir. Hətta onu mistikləşdirən, 
açılmaz sirr hesab edən baxışlar da mövcuddur
. Məsələn XIX əsrin 
məşhur təbiətşünası Dyubua -Raymon hesab edirdi ki, şüuru öyrənmək 
mümkün deyildir. Bu, evdə oturub pəncərədən baxan adamın özünü 
küçədə görə bilməsi cəhdinə bənzəyir. Onun fikrincə dünyanın yeddi 
açılmaz sirrindən biri də psixikadır. Məşhur ingilis bioloqu və kibernetiki 
R.Eşbi də şüura bu cür aqnostik münasibət bəsləyir.
1
Doğrudanmı şüuru öyrənmək qeyri-mümkündür? Elmin və çoxillik 
təcrübələrin nəticələri sübüt edir ki, çətin olmasına baxmayaraq şüur 
hadisələrinə nüfuz etmək mümkündür. Şüuru öyrənmək üçün bir-biri ilə 
əlaqəli iki metod vardır. 
Birinci obyektiv metod adlanır
. Bu metod 
insanın psixi proseslərinin məzmununu onun real hərəkət və davranışına 
əsasən müəyyən edir. 
Introspeksiya (özünü təşkil, özünü müşahidə) 
adlanan ikinci metod insanın öz şüuruna nəzarət etməsinə 
əsaslanır. 
Son 30 ildə beynin öyrənilməsində elektrofiziologiya metodu geniş tətbiq 
olunur. Həmin metod beyinə mikroelektrodlar qoşmaqla təhlil aparır. 
Doğrudur, bu təhlil anlayışlar təfəkkürünü deyil, beynin elektrik 
baxımından fəallığını əks etdirir. Bununla belə şüurun mexanizmini 
açmaqda mühümdür. Ümumfəlsəfi mə‟nada şüur ilə materiyanın qarşılıqlı 
münasibətlərində aşağıdakı dörd səpki özünü göstərir: tarixi, ontoloji, 
qnoseoloji və praksioloji (praktiki fəaliyyətlə bağlı). 
Tarixi səpki 
bunu 
ifadə edir ki, materiya şüurdan çox-çox əvvəl mövcuddur. Şüur isə 
materiyanın təkamülünün sonrakı mərhələsində yaranmışdır. Onun tarixi 
cəmi 2,5-3 milyon ili təşkil edir. 
Ontoloji
səpkidən yanaşdıqda 
göstərilməlidir ki, materiya şüura münasibətdə ilkindir. Şüur isə ondan 
törəmədir. Şüur yüksək təşəkküllü materiyanın, yə‟ni insan beyninin 
1
Bax: Философия. Y.jukovun redaksiyası ilə, Minsk, 1999, s.153. 


211 
xassəsidir. 
Qnoseoloji 
səpkiyə görə şüur bizdən kənarda mövcud olan 
obyektiv dünyanın subyektiv obrazıdır. Onun baş vermə prosesi insanın 
hiss üzvləri və təfəkkürü ilə bağlıdır. Nəhayət, 
praksioloji 
səpki o 
deməkdir ki, şüur insan ilə ətraf mühit arasındakı münasibətlərin 
tənzimçisidir. Insanın bütün praktiki fəaliyyət növləri məhz onun şüuru 
sayəsində mümkün olur 
Deyilənlərlə yanaşı bə‟zən şüurun sosial, aksioloji və kibernetik 
səpkilərini də ayırırlar. Əlbəttə mürəkkəb və çoxplanlı hadisə alan şüuru 
dərindən səciyyələndirmək baxımından bu bölgü faydalıdır. Lakin nəzərdə 
tutulmalıdır ki, sonuncu səpki bu və ya digər dərəcədə əvvəlkilərdə təmsil 
olunur. Məsələn, aksioloji səpki yuxarıda göstərilən dörd səpkinin hər 
birində mövcuddur.

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   253   254   255   256   257   258   259   260   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin