Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


şeydən  əvvəl onu ictimai-tarixi inkişafın məhsulu kimi götürmək deməkdir



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə254/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   250   251   252   253   254   255   256   257   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

şeydən 
əvvəl onu ictimai-tarixi inkişafın məhsulu kimi götürmək deməkdir

Sonra, belə yanaşma, şüuru beynin funksiyası, xassəsi olduğunu göstərir. 
Həm də, belə bir cəhət vurğulanır ki, şüur gerçəkliyin in'ikasıdır. O 
insanın fəaliyyətinin tənzimçisidir. Son cümlələrdə ifadə olunan fikirlərin 
mə'nasını yaxşı başa düşmək üçün şüurun fəlsəfi fikir tarixində 
qoyuluşunu və izahını qısa da olsa nəzərdən keçirmək lazım gəlir. 
Əvvəla, onu deyək ki, şüur insanların həyatında çox mühüm yer 
tutduğu üçün bütün dövrlərdə filosoflar onu izah etməyə xüsusi diqqət 
yetirmişlər. 
Insanlar hələ qədimdən şüuru ruhun dərinliyində baş verən 
sehrli qüvvə kimi təsəvvür edirdilər
. Onların fikrincə şüur xarici dünya-
dan və insan beynindən tam azaddır. O müstəqil surətdə öz həyatını 
yaşayır. Ruh xüsusi ecazkar qüvvədir. Hətta ona təbiətin yaradıcısı kimi 
yanaşırdılar. Animizm (ruhlara sitayiş) yarandıqdan sonra bir müddət 
bütün təbiət hadisələri də insan və heyvan kimi canlı hesab olunurdu. Bu-
na görə də ruh ilə bədən bir-birindən o qədər də fərqləndirilmirdi. Yalnız 
sonradan ruh ilə bədən ayrı təsəvvür olunmağa başlandı. Məsələn,antik 
fəlsəfədə Sokrata qədər ideal anlayışı yox idi. Ruhun atomist tə‟limi onu 
kiçik və böyük atomlardan ibarət hesab edirdi. Bir müddət keçdikdən so-
nra ruhun bir bədəndən digərinə keçməsi və yenidən təcəssüm etməsi 
haqqında fikirlər yarandı. Bunu Platonun ruh tə‟limindən də görmək olar. 
Onun fikrincə ruh əbədi və dəyişməzdir. Insan öldükdən sonra ruh bədəni 
tərk edir və səmaya yuksəlir. O ulduzlarda yaşayır və yerdə qazandığı 
çirkinlikdən təmizlənir. Müəyyən müddət keçdikdən sonra o yenidən 
bədənə (başqa bədənə) köçür. Aristotel isə əksinə ruh ilə bədəni ayrılmaz 
təsəvvür edirdi. O ruhun üç inkişaf səviyyəsini (bitki, heyvan və insan 
ruhu, fərqləndirirdi. O ruhun öyrənilməsinə birinci dərəcəli əhəmiyyət 
verərək yazırdı: «ruhun dərki hər cür həqiqətin başa düşməsinə çox kömək 
edir. Axı ruh bir növ bütün canlıların ilkin əsasıdır»
1
Orta əsrlərin fəlsəfi fikrində hər şeyin ilahi qüvvə tərəfindən 
yaradıldığı fikri qərarlaşdı. Bütün yaradılanlar kimi ruh da ali reallıqdan-
allahdan asılı təssəvvür edilirdi. Həqiqi zəka allahın atributu hesab olu-
nurdu. Insanda isə həmin zəka alovunun, kiçicik bir qığılcımı olduğu 
göstərilirdi. Bununla yanaşı 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   250   251   252   253   254   255   256   257   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin