Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə252/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   248   249   250   251   252   253   254   255   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Bundan fərqli olaraq dialektik 
determinizm inkişafı hər bir mərhələdə yeni-yeni imkanların 
yaranması və müvafiq şəraitdə reallaşması kimi izah edir
. Bu 
nəzəriyyə öyrədir ki, hər bir mərhələdəki mövcüd olan çoxlu imkanların 
hamısı deyil, yalnız bir qismi gerçəkliyə çevrilir. Yalnız o imkanlar 
reallaşır ki, onların həyata keçməsi üçün zəruri və kifayət dərəcədə şərait 
olsun. Özü də söhbət təkcə daxili şəraitdən deyil, həm də xarici şəraitdən 
gedir. Bu sonuncu isə həmişə müəyyən təsadüf elementini əhatə edir. Bu-
na görə də inkişaf birmə‟nalı, fatalist xarakter daşımır. 
O çox rəngarəng 
və müxtəlif reallaşma şəraitlərinə malik olan imkanlar məcmusudur. 
Buna görə də gələcək həmişə müəyyən qədər ehtimali mə‟na alır.
Imkan ilə gerçəkliyin qarşılıqlı əlaqələrini düzgün başa düşmək 
insanların nəzəri və praktiki fəaliyyətində mühüm yer tutur. Məsələn, in-
san öz biliyinin səviyyəsini, onun reallaşması imkanlarını və şəraitini 
nəzərə almaqla müxtəlif proqnozlar işləyib hazırlayır və həyata keçirir. 


206 
Obyektiv imkanları və şəraiti bilmədən bütövlükdə dünyanın və buradakı 
konkret obyektlərin inkişafı meyllərini müəyyən etmək olmaz. Yaxud da 
praktiki fəaliyyətin hər bir konkret növündə yalnız imkanları və şəraiti 
düzgün qiymətləndirməklə uğur qazanmaq olar. 


207 
VI FƏSIL.
FƏLSƏFƏDƏ ŞÜUR PROBLEMI. 
 
1. Fəlsəfədə şüur probleminin qoyuluşu 
 
Şüur bütün dövrlərdə fəlsəfi fikrin diqqət mərkəzində duran 
problemlərdəndir. Bu təsadüfü deyildir.Belə ki, fəlsəfənin əsas predmetini 
təşkil edən dünyagörüşü məsələləri sırasında şüur öndə durur. Insanın 
dünyada yeri və rolunun izahı şüurun anlaşılmasından başlayır. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   248   249   250   251   252   253   254   255   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin