Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Birinci tərəf bunda çıxış edir ki



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə249/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   245   246   247   248   249   250   251   252   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Birinci tərəf bunda çıxış edir ki, 
bütünlükdə inkişaf prosesini çoxlu imkanların yaranması və onlardan 
birinin reallığa çevrilməsi kimi səciyyələndirmək olar. Həmin 
reallaşmış imkan, yə‟ni gerçəklik öz növbəsində yeni imkanlar silsiləsi 
yaradır və beləliklə də əvvəlki proses yenidən təkrarlanır. Həm də bu 
kateqoriyalar inkişafın daxili mexanizmini ifadə edir. 
Bununla yanaşı imkan və gerçəklik, determinizm əlaqələrini əks 
etdirən kateqoriyalardır. Bu mə‟nada onlar qanun, mahiyyət və hadisə, 
səbəb və nəticə, zərurət və təsadüf ilə sıx əlaqədədirlər. Məsələn imkan 
anlayışı hadisələrin sahmanlı qaydada şərtləndiyini bildirir, qanun ilə 
yaxındır. Çünki imkan, mümkün olmaq hər şeydən əvvəl fəaliyyət və 
inkişaf qanunlarına uyğun gəlmək deməkdir. Obyektiv qanunlar ilə 
ziddiyyət təşkil edən imkan ağlasığmazdır. 
Imkanın müxtəlif növləri vardır: mühüm və qeyri mühüm, 
geriyə qayıdan və geriyə qayıtmayan, formal və real imkanlar. 
Geriyə 
dönən (geriyə qayıdan) elə imkana deyilir ki, o gerçəkliyə çevriləndə, 
əvvəldən olan gerçəklik imkan şəklinə düşür. Buna misal olaraq suyun 
maye haldan qaza bənzər hala keçməsini göstərmək olar. Bu prosesdə 
mayenin imkanlarının qaza bənzər halda reallaşması, gerçəkləşməsi 
nəticəsində onun əvvəlki gerçək vəziyyəti yə‟ni maye vəziyyəti imkan 
şəklinə çevrilir. Bunun əksi olan imkanlara, yə‟ni gerçəkliyə çevrildikdən 
sonra geri əvvəlki vəziyyətinə qayıtması mümkün olmayan imkanlara, 
geriyə dönməz (geri qayıtmaz) imkan deyilir. Buna misal olaraq insanın 
ölüm imkanını göstərmək olar. Bu imkan həyata keçdikdən sonra, yə‟ni 
insan öldükdə o biri daha əvvəlki vəziyyətə qayıtmaq imkanını tamamilə 
itirir.
Imkanın real və formal növləri onun zərurət və təsadüf
ilə necə 
münasibətdə olduğunu göstərir. Belə ki, təsadüflər ilə bağlı imkan formal 
imkan hesab olunur. Məsələn lotereya bileti ilə müəyyən uduşun sahibi 
olmaq belə imkandır. Çünki belə imkanın reallaşması çoxlu miqdarda 


204 
zərurətin bir nöqtədə kəsişməsi deməkdir. Buna görə belə imkanların eh-
timal dərəcəsi sıfırdan azacıq yüksəkdir.

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   245   246   247   248   249   250   251   252   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin