Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə251/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   247   248   249   250   251   252   253   254   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

aşağıdakılardan görünür
: imkanın gerçəkliyə çevrilməsi dərəcəsi 
təsadüfdən çox asılıdır. Çünki o gerçəkliyə çevrilməyə də bilər. Lakin 
imkanın öz vəziyyətini saxlamaq üçün obyektiv müqəddəm şərtlərə nə 
səviyyədə malik olması bir çox cəhətdən zərurətlə bağlıdır. Sonra, real 
imkan gerçəkliyə çevrildikdə təsadüfiliyini itirir və zərurət formasına 
keçir. 
Bundan başqa imkan və gerçəkliyin zərurət və təsadüf ilə 
əlaqələri müəyyən hallarda kəsişə də bilir
. Məsələn təsadüf nə dərəcədə 
zərurətin ifadə forması və tamamlanmasıdırsa, imkan da o dərəcədə 
gerçəkliyin ifadə forması və tamamlanmasıdır. Dialektikanın bu iki cüt 
kateqoriyasının 
bir-birilə bağlılığı kvant mexanikasında səbəbiyyətin 


205 
təzahürü formalarında daha aydın görünür. 
Belə ki, bu formalar 
sırasında təsadüfün və ehtimalın rolu durmadan artır. 

Ehtimal anlayışı imkanın kəmiyyət qiymətini ifadə edir. Qeyd edək 


ki, bu anlayış əvvəlcə xüsusi elmlərdə yaranmışdır. Hazırda isə onlara 
əsaslanmaqla ehtimalın fəlsəfi anlamı formalaşmaqdadır. Ehtimal imkanın 
mövcudluq hüdudlarını səciyyələndirir və reallığa, gerçəkliyə yaxınlıq 
dərəcəsini müəyyən edir. 
Ehtimalın ədədi qiyməti sıfır ilə vahid arasında cərəyan edir

Sıfır səviyyəsində olan imkanın gerçəkliyə çevrilməsi demək olar ki, qey-
ri- mümkün olur. Imkanın kəmiyyəti sıfırdan yüksələrək vahidə doğru nə 
qədər yaxınlaşırsa, onun gerçəkliyə çevrilməsi də bir o qədər real olur. 
Buradan aydındır ki, ehtimal imkanda zərurinin mövcudolma dərəcəsini 
göstərir. 
Ehtimalın sıfır ilə vahid arasında cərəyan edən şkala üzrə konkret 
qiyməti riyazi ehtimal nəzəriyyəsi ilə müəyyən olunur.
Zərurət təkcə reallaşdırılmış imkan kimi aktual şəkildə deyil, həm 
də potensial vəziyyətdə mövcud ola bilir. Məsələn tarixi prosesdə insanlar 
mövcud olan çox müxtəlif imkanların reallaşması uğrunda mübarizə 
aparırlar. Lakin nəticə ehtibarilə burada bir tarixi zərurət özünü göstərir. 
Imkanın gerçəkliyə çevrilməsi məhz həmin imkanın reallaşmasının nə 
dərəcədə zəruri olması ilə şərtlənir. Həm də nəzərə alınmalıdır ki, imkanın 
gerçəkliyə çevrilməsi zərurəti şəraitin tə‟siri ilə sür‟ətlənə və zəifləyə 
(ləngiyə) bilər. 
Mexaniki determinizm inkişafı mexaniki hərəkət qanunları ilə 
müəyyən olunan vahid bir imkanın həyata keçməsi kimi göstərir. Burada 
imkan mütləq gerçəklikdə reallaşacaq zərurət kimi götürülür. Beləliklə də 
digər alternativ imkanlara yer qalmır: 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   247   248   249   250   251   252   253   254   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin