Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə256/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   252   253   254   255   256   257   258   259   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Materializm 
şüuru yüksək təşəkküllü materiyanın, beynin xassəsi hesab edir
. Onun 
ətraf aləmin beyində in‟ikası olduğunu göstərir. Idealistlər isə şüuru 
mütləqləşdirir, onu dünyanın yaradıcısı kimi qələmə verirlər. 
Fəlsəfə tarixində belə bir fikrə də rast gəlinir: şüur təkcə insana 
deyil, bütün canlılara və hətta təbiətdəki hadisələrə də məxsusdur. Bu 
baxış hilozoizm (hər şeydə həyatı görmək deməkdir) adlanır. Məsələn 
erkən yunan materialistləri, Spinoza, XVIII əsr fransız materialistləri bu 
mövqeni təmsil etmişlər. Lakin tarixin müəyyən dövründə hilozoizm 
müsbət rol oynamışdır. Belə ki, o uzun müddət şüurun allah tərəfindən 
yaradıldığı haqqında tə‟limə qarşı çıxmışdır.
Şüurun mahiyyəti haqqında əsrlər boyu gedən mübahisələr bu gün 
də davam etməkdədir. Filosofların bir qismi şüuru anlamağın 


210 
mümkünlüyünü göstərirlər. Digərləri isə bunu qəti surətdə inkar edirlər. 
Şüurun anlaşılmasında özünü göstərən müxtəliflik xeyli dərəcədə 
onun mürəkkəb xarakteri ilə izah edilməlidir
. Belə ki, şüur hadisələrini 
təcrübə yolu ilə öyrənmək çətindir. Onların baş vermə mexanizmi 
bilavasitə müşahidə edilmir. Ümumiyyətlə psixiki hadisələri hiss üzvləri 
vasitəsilə aşkar etmək mümkün deyildir. Hətta bu məqsədlə xüsusi cihaz-
lardan istifadə olunması da çox az kömək edir. Şüuru öyrənməyin bir 
çətinliyi də onun məzmununun birmə‟nalı müəyyən edilməməsidir. Bəzən 
şüur anlayışı həddən artıq geniş mə‟nada götürülür. O bütövlükdə psixika 
ilə eyniləşdirilir. Bu halda in‟ikasın bioloji və sosial növlərinin 
müxtəlifliyinə məhəl qoyulmur. Bununla yanaşı şüur həm də məhdud 
mə‟nada işlənilir. Yə‟ni yalnız insana xas olan psixiki fəaliyyət kimi 
səciyyələndirilir. 
Beləliklə şüurun mürəkkəbliyi və təhlilinin çətin 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   252   253   254   255   256   257   258   259   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin