217
Ruh bədən ilə ayrılmaz ələqədədir. Buna görə bədənin həyatı, ru-
hun həyatıdır və əksinə. Ruhsuz heç bir canlı bədən mövcud ola bilmir.
Orqanizm ruhdan məhrum olan kimi o öz canlılığını itirir və ölür. Bununla
əlaqədar qeyd edək ki, adi danışıqda və gündəlik həyatda ölmüş adamın və
ya keçmiş nəsillərinin ruhunun yada salınması fikri məcazi mə‟na daşıyır.
Bu, onlara hörmət hissini bildirir.və tərbiyyəvi əhəmiyyət kəsb edir.
Elmin inkişafı, çoxsaylı müşahidələr sübut edir ki, insanın ruhu,
şüurun. beynin funksiyasıdır. Məhz beynin inkişayı prosesində insanın
ruhu, şüuru inkişaf edir. Onların ayrılmaz
əlaqəsini həm də bundan
görmək olar ki, insan spirtli içkilər və narkotik maddələr qəbul etməklə öz
beynini korladıqda onun ruhu, şüuru və bütövlükdə mənəviyyatı tənəzzülə
uğrayır. Elmdə uzun müddət şüur ilə beynin paralel fəaliyyəti haqqında
təssəvvürlər hökm sürmüşdür. Şüurun beynin yuxarı hissəsində və yaxud
da beynin daxilində boşluqlarda yerləşdiyi göstərilirdi. Bu təsəvvürə görə
yerin üzərində duman və arı pətəyində bal necə yerləşirsə, şüur da beyində
elə yerləşir.
Bəzən belə hesab olunur ki, şüur fəal mövcudatdır. O beyindən öz
məqsədini yerinə yetirmək üçün alət kimi istifadə edir. Beləliklə də şüur
bir növ insanda mövcud olan başqa bir insan kimi qələmə verilir. Məsələn
psixofiziki paralelizm nəzəriyyəsi (Q.Fexner, V.Vundt) göstərirdi ki, fizi-
oloji proseslər ilə psixiki proseslər arasında birmə‟nalı uyğunluq vardır.
Bunlardan birində baş verən dəyişikliklər, digərində də müvafiq
dəyişiklikləri şərtləndirir. Bunun əksinə olaraq psixofiziki qarşılıqlı tə‟sir
nəzəriyyəsinin tərəfdarları (U.Cems, K.Ştumf)
iddia edirdilər ki,
yuxarıdakı iki növ proseslər bir-birindən tam ayrıdır.
Bu qəbildən olan baxışların səhvi ideal ilə maddi arasındakı
münasibətləri düzgün anlamamaqdan irəli gəlir. Həmin baxışlarda ideal ilə
maddi arasında keçilməz uçurum olduğu göstərilirdi.
Şüurun izahında vulqar materializm adlanan cərəyan da səhv
mövqedən çıxış edir. Onun nümayəndələri (Foqt, Büxner, Moleşott) şüuru
materiaların növlərindən biri hesab edirdilər. Onlar beyin ilə şüurun
əlaqələrini bəsitləşdirirdilər. Göstərirdilər ki, qara ciyər öd ifraz etdiyi ki-
mi, beyin də şüur ifraz edir. Məsələn K.Foqt yazırdı: «ruhi fəaliyyət adı ilə
məşhur olan bütün qabiliyyətlər mahiyyət etibarilə yalnız
beynin
funksiyalarıdır, bir az da kobud deyilsə, fikrin baş beyinə münasibəti ödün
qara ciyərə olan münasibəti kimidir»
1
.
Vulqar materializm psixiki prosesləri xalis fizioloji proseslərə
müncər edirdi. Bu cür reduksionist yanaşma bizim dövrümüzdə də bə‟zən
özünü göstərir. Belə cəhdlər əsasən insanların əqli fəaliyyətinin EHM
1
Фогт К. Физиологические письма. М., 1963 с.335.
218
vasitəsi ilə uğurla modelləşdirilməsi faktına arxalanır.
Lakin nəzərdə
tutulmalıdır ki, əsəb prosesləri psixiki fəaliyyətin əsasında dursa da, özü
özlüyündə qeyri-maddi xarakter daşıyır. Həm də psixiki fəaliyyət beynin
fizioloji proseslərinə və onların vasitəsilə orqanizmin bütün bədən
proseslərinə istiqamətverici tə‟sir göstərə bilir.
Dostları ilə paylaş: