Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə261/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   257   258   259   260   261   262   263   264   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Bir tərəfdən 
hər bir davranış aktı müəyyən səbəb ilə şərtlənir, 
səbəbiyyətin özü isə informasiya xarakteri daşıyır. 
Digər prinsip
beynin 
strukturu ilə funksiyaları arasında ayrılmaz əlaqəni ifadə edir. Bu prinsipə 
görə beyin psixiki funksiyaları müəyyən mə‟nada lokallaşdırır. Məsələn 
beynin ənsə hissəsi cərrahiyyə əməliyyatı ilə kəsilib çıxarıldıqda (burada 
görmə analizatorunun ucu yerləşir) beynin görmə funksiyası pozulur. 
Psixiki proseslərin lokallaşması beynin fəaliyyətinin 
üçüncü
prinsipini 
analiz və sintezi şərtləndirir. Fizioloji analiz xarici tə‟sirə məruz qalan hiss 
üzvlərinin köməyi ilə həyata keçirilir. Onun nəticəsində duyğular əmələ 
gəlir. Bundan fərqli olaraq beynin sintez fəaliyyəti bütöv obrazı, qavrayışı 
yaradır. 
Deyilənlər göstərir ki, beynin fəaliyyəti hiss üzvləri ilə sıx 
əlaqəlidir. Lakin onların münasibətlərini bəsitləşdirmək olmaz. 
XIX əsrin görkəmli fizioloqu I.Müller özünün «Fiziki idealizm» 
tə‟limində duyğunun keyfiyyətinin hiss üzvlərindən asılı olduğunu 
göstərərək bu asılılığı mütləqləşdirirdi. O belə bir səhv fikir irəli sürürdü 
ki, duyğular insanın əsəb təşkilindən, «hiss üzvlərinin spesifik 
enerjisindən» (I.Müller) mütləq şəkildə asılıdır. Beləliklə də duyğu ilə 
in‟ikas edən obyekt arasındakı oxşarlıq rədd edilirdi. Buna bənzər fikirlərə 
az da olsa indi də rast gəlinir. 
Şüurun yaranmasının tarixi formalarını izah edərkən 
instinktlərə də diqqət yetirilməlidir
. Instinkt dedikdə şərtsiz reflekslərin 
müəyyən bir həlqəsi, ardıcıl reflektor hərəkətləri sırası başa düşülür. On-
lardan hər əvvəl gələn özündən sonra gələnin təkanverici nöqtəsi rolunu 
oynayır. Instinktlərin nə olduğunu bilmək üçün 
heyvanlarda iki növ 
hərəkəti 
fərqləndirmək lazım gəlir. 
Bunlardan biri anadangəlmə 
hərəkətlərdir 
(qidalanma, özünüqoruma, çoxalma, sürüdaxili ünsiyyət və 
s.). Ikinci növ hərəkətlər isə hər bir heyvanın fərdi inkişafı gedişində əldə 
etdiyi təcrübəyə əsaslanır. Instinktlər mürəkkəb xarakter daşıyır. Ilk 
nəzərdə elə görünür ki, onlar zəkaya əsaslanan hərəkətlərdir. Əslində isə 
belə deyildir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   257   258   259   260   261   262   263   264   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin