Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


şüur fəallıqdan və yaradıcılıqdan ayrılmazdır. Yaradıcılıq şüurun çox



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə269/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   265   266   267   268   269   270   271   272   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

şüur fəallıqdan və yaradıcılıqdan ayrılmazdır. Yaradıcılıq şüurun çox 
böyük keyfiyyətidir.
Bu və ya digər dövrdə insanların tələbatları onların başında məqsəd 
şəklində formalaşır. Məqsəd insanın ideallaşdırılmış tələbatıdır. O, 
fəaliyyətin, nəticəsi müəyyən qədər irəlicədən bəlli olan subyektiv 
obrazıdır. Məqsədləri işləyib hazırlayarkən insanlar özünün və 
bəşəriyyətin təcrübəsinə, malik olduğu biliklərə əsaslanır. Məqsədlər 
özünün ən yüksək ifadəsini sosial, etik və estetik ideallarda tapır. 
Məqsədyönlülük insanın spesifik qabiliyyətidir. O şüur sayəsində baş ve-
rir. Şüur məqsədyönlülükdən məhrum olsaydı, öz mə‟nasını itirərdi. 
Bütövlükdə insanların məqsədyönlü fəaliyyəti onun dünyada, təbiətdə 
dəyişikliklər etmək tələbatının reallaşması deməkdir. Bu dəyişikliklər 
insanın özü və cəmiyyət üçün zəruri formalar əldə etməyə yönəlir. 
Məqsəd praktikadan doğur, onu əks etdirir. Lakin məqsədin 
gerçəkliyi və onun gələcəyini düzgün müəyyən etdirmədiyi hallar da 
mümkündür. Belə hallar yanlış məqsədi, illüziyalı tələbatı ifadə edir. 
Beləliklə şüur təkcə hissi obrazlardan ibarət olmayıb, çoxsəviyyəli 
xarakter daşıyır. Şüur həm bilavasitə in‟ikasdır, həm də dolayısı ilə, yə‟ni 
ümumiləşdirilmiş ini‟ikasdır. Nəhayət o fərdin və cəmiyyətin inkişafının 
in‟ikasıdır. Yalnız sosial in‟ikas səviyyəsində maddi və mənəvi reallıqların 
daxili əlaqə və münasibətlərini, inkişaf qanunauyğunluqlarını anlamaq 
mümkündür.
Şüurdan danışarkən onun formalaşma mənbələrinə də diqqət 
yetirilməlidir. 
Insan şüurunun məzmunu aşağıdakı mənbələr hesabına 
formalaşır
: 1) xarici predmet dünyası və daxili aləm. Yuxarıda deyildiyi 
kimi təbiət, sosial həyat və mə‟nəvi hadisələr şüurda konkret- hissi və 


222 
anlayışlı obrazlar şəklində əks olunur. 2) mövcud cəmiyyətin sosiomədəni 
mühiti. Buraya ideallar, etik və estetik normalar, hüquqi normalar və sair 
daxildir. 3) fərdin bütünlüyündə mə‟nəvi dünyası, onun unikal həyat 
təcrübəsi və yaşantıları. Söhbət insanın özünün mə‟nəvi reallığından gedir. 
4) makroquruluşlu təbii sistem kimi götürülən beyin. Beyin çoxlu sayda 
neyronları onların, müxtəlif əlaqələrini əhatə edir. Beynin reflektor 
fəaliyyəti və biokimyəvi təşkili burada mühüm yeri tutur. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   265   266   267   268   269   270   271   272   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin