Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə267/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   263   264   265   266   267   268   269   270   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

xarakterli gerçəklikdir
. Idealı insanın şüurunda obektiv dünyanın 
inikasının ən yüksək forması kimi səciyyələndirərək keçmiş sovet filosofu 


220 
E.V.Ilenkov yazırdı: "Ideal ətraf dünyanın insanın fəaliyyəti formasında, 
onun şüuru və iradəsi formasında inikası deməkdir"
1
Ideal mənəvi istehsalın məhsulu və forması kimi ictimai tarixi xa-
rakter daşıyır. Onun daxili və xarici növləri bir-birindən fərqlənir. Daxili 
ideal beynin əsəb-fizioloji strukturunda təcəssüm olunur. Xarici ideal isə 
dildə və fiziki substratlarda (hadisə) əks olunur (heykəltəraşlıq, bina, tex-
nika, geyim və s.). Bütölükdə 
idealın
üç səviyyəsi vardır: Birinci 
heyvanın psixiki fəaliyyətini, ikinci insanın şüurunu, üçüncü 
cəmiyyətin ümumi mənəvi mədəniyyətini ifadə edir. 
Biz ruhun ideal olduğunu söyləyərkən onun bütün tərəflərini 
(şüuru, mənlik şüurunu, hissləri, iradəni, zəkanı, hafizəni və sair) nəzərdə 
tuturuq. Məlumdur ki, hər bir sözün mə‟nası onun maddi qabığı olan 
işarədən ayrılmazdır. Eynilə də ruh insan beyninin fəaliyyəti ilə bağlıdır. 
Lakin ruh da söz kimi müəyyən nisbi müstəqil varlıq formasında çıxış 
edir. Qədimdən bu günə qədər davam edən ruhun ölməzliyi ideyası buna 
arxalanır. 
Bəs şüur ilə ruhun münasibəti necədir? Şüur ruhun təzahür 
formalarından biridir. Həm də çox mühüm və dərin məzmuna malik 
formadır. Həyatda çox zaman şüur və ruh anlayışları eyni mə‟nada 
işlənilir. Əslində ruh daha geniş məzmuna malikdir. Məsələn, hisslər ru-
hun müəyyən vəziyyətidir. Lakin onları şüurla eyniləşdirmək olmaz. Bu-
radan görünür ki, ruh sözünün sinonimi şüur deyil, ondan daha geniş olan 
psixika anlayışıdır. 
Yuxarıda deyilənlərə əsaslanmaqla şüura aşağıdakı kimi tərif 
vermək olar: 
Şüur beynin ali, yalnız insana məxsus olan və dil ilə 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   263   264   265   266   267   268   269   270   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin