227
olmaq demək deyildir. Ağıllı adam sadəcə çox bilən olmayıb, hadisə
və proseslərin gedişini obyektiv təhlil etməyi bacaran adamdır.
Buna
görə də ola bilər ki, adam bilikli olsun, amma müdrik olmasın. Müdriklik
insanın şəxsiyyət keyfiyyətini bildirir. O
malik olduğu biliyi həyata
keçirmək qabiliyyəti, insanın özünü ləyaqətli aparması, başqaları ilə
səmimi münasibətlər yaratmaq məharətidir.
Bütövlükdə
müdriklik
dedikdə
çoxtərəfli
bilikləri
və
bəşəriyyətin
təcrübəsini
ümumiləşdirmək qabiliyyəti, idrakın, qiyymətvermənin, davranışın və
mənəviyyatın ümumi prinsiplərinə əməl etmək başa düşülür.
Müdrik-
lik biliklərə malik olmaqla yanaşı, həm də
düzgün həyat tərzi keçirmək
deməkdir. Lakin ağıllı həyat tərzi keçirmək haqsızlığa göz yummaq,
itaətlilik göstərmək deyildir. Həqiqi müdrik
adam həm mühüm biliklərə
malik olur, həm də mövcud şəraitə uyğun, onun aktiv təhlili əsasında
hərəkət edir. Beləliklə müdriklik intellektual
mədəniyyətə yiyələnmək və
həyatda ondan ağılla istifadə etmək deməkdir. Müdriklik öyrənməyin əsl
məktəbi ictimai praktikadır, cəmiyyətin toplamış olduğu sosial təcrübədir.
Hər bir insan öz həyatı boyu bu təcrübədən bəhrələnir.
Dostları ilə paylaş: