Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə277/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   273   274   275   276   277   278   279   280   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Freyd insan psixikasını üç 
səviyyəyə ayırırdı
. Ən aşağı səviyyə «O» adlanır. Bu təbəqə şüurun 
hüdudlarından kənarda yerləşir. Burada keçmiş təcrübə müxtəlif növlü 
bioloji istək və ehtiraslar, dərk olunmamış emosiyalar vardır. Qeyri-
şüurinin bu geniş bazası üzərində o qədər böyük olmayan 
ikinci 
səviyyə 
yüksəlir. Freyd bunu «Mən» adlandırırdı. Nəhayyət 
üçüncü və sonuncu 
mərhələ «super Mən» hesab olunur
. Buraya cəmiyyətin idealı, sosial 
normalar və yasaqlar daxildir. 
Freydə görə bu iyerarxiyada qeyri-şüuri, ilkin və idarə edici rol 
oynayır. Onun fikrincə mə‟nəvi fəaliyyət aysberqə bənzəyir. Onun əsas 
hissəsi suyun altında gizlənir və su altı axınlarla idarə olunur. Burada çox 
qaranlıq, dərk olunmamış ünsürlər, instinktlər vardır. 
Onlar zəka və so-


229 
sial normalar tərəfindən sıxışdırılıb gizli vəziyyətə salınıbdır
. Qeyri-
şüuri sferanın bu ünsürləri öz gücünü göstərmək üçün fürsət axtarır. Belə 
fürsət isə orqanizmin zəif, xəstə vəziyyətində və qorxu keçirdiyi 
momentlərdə yaranır. 
Freyd həvəs və istəkləri insanın həyat fəaliyyətinin müəyyən edici 
amili hesab edirdi. Onun fikrincə bu istəklər özünün ödənilməsini tələb 
edir. Onlar beləliklə də fərdi və sosial tərəqqinin əsl mühərriki rolunu 
oynayır. Freyd xüsusilə də seksual istəyə və ölüm istəyinə əsas yer verirdi. 
Insanın taleyini qeyri şüuri istəklər həll edir. Əzilmiş və qeyri -şüurinin 
gizli guşəsinə qovulmuş istəklər müəyyən cəhdlərə çevrilir. O bunu sub-
laimasiya adlandırırdı. Freydə görə insan seksual enerji (libido) vasitəsilə 
hərəkət edən maşındır. Insan 
həzz alma prinsipini 
yerinə yetirməyə 
çalışır. Mövcud sosial normalar və yasaqlar (Freyd bunu 
reallıq prinsipi 
adlandırır) buna mane olur. Bu iki prinsipin münaqişəsi nəticəsində insan-
da nevrotik və psixiki pozuntular baş verə bilir. 
Freydə görə insan normal vəziyyətdə olarkən ruh qeyri-şüuri 
üzərində senzuralıq edir, onu əzir. Buna görə də sonuncu anormal 
vəziyyətdə (yuxugörmə, nevroz, psixoz vəs.) özünü ifadə edir. Beləliklə 
şüur ilə qeyri-şüuri arasında əbədi münaqişə baş verir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   273   274   275   276   277   278   279   280   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin