231
mümkün olmazdı. Ümumbəşəri təfəkkür normaları özünün strukturu və
spesifik mə‟na sistemi olan 3 mindən çox dil vasitəsilə ifadə olunur.
Şüur ilə nitq sadəcə paralel mövcud deyillər. Onlar bir-birilə
ayrılmaz vəhdətdədir. Şüur həmişə söz vasitəsilə mə‟nalandırılan
in‟ikasdır. Işarə olmayan yerdə şüur da yoxdur. Şüur ilə nitq vahid prose-
sin iki tərəfidir. Bir tərəfdən nitq fəaliyyəti gedişində insan fikirləşir.
Digər tərəfdən o fikirləşməklə nitq fəaliyyəti həyata keçirir. Lakin nitq ilə
şüurun, təfəkkürün münasibətlərini bəsitləşdirmək olmaz. Danışmaq hələ
fikirləşmək demək deyildir. Feyerbax göstərirdi ki, əgər belə olsaydı, onda
boşboğazlar böyük mütəffəkkirlər olardı.
Ünsiyyət prosesində fikir ilə sözün vəhdəti aydın görünür.
Dostları ilə paylaş: