Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə287/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   283   284   285   286   287   288   289   290   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

2. Insanın mənşəyi 
 
Insanın fəlsəfi anlaşılmasında çətin məsələlərdən biri onun mənşəyi 
məsələsidir. Təsadüfi deyildir ki, bu ən çox müzakirə olunan və mübahisə 
doğuran məsələlərdəndir.
Fəlsəfədə insanın mənşəyinə dair bir neçə konsepsiya vardır. On-
lardan 
birincisi 
naturalist mövqedən çıxış edir. 
Adından da göründüyü 
kimi bu baxış insanın yaranmasını təbii təkamülün nəticəsi hesab 
edir
. O XIX əsrin ikinci yarısında Darvinin yaratdığı təkamül 
nəzəriyyəsinə əsaclanır. Həmin nəzəriyəyə görə insan yüksək inkişaf etmiş 
heyvan növündən- meymundan əmələ gəlmişdir. Bu cür yanaşmanın çoxlu 
tərəfdarları vardır. Bununla belə onun əleyhdarları da az deyildir. Məsələn 
K.Yaspers göstərir ki, insanın meymundan əmələ gəlməsindən daha çox, 
meymunun insandan yarandığını demək ağlabatandır. 
Ikinci nöqteyi 
nəzərin
(antroloci rasionalizmin) başında məşhur alman filosofu Hegel 
dayanır. O insanın heyvanat aləmi ilə əlaqəsini inkar etmir. Amma qeyd 


240 
edir ki, onun ayaq üstə durması oyanmaqda olan ruhun xidmətidir. 
Təbiətin bu işdə heç bir iştirakı yoxdur. O yazırdı ki, canlının timsalında 
təbiət öz inkişafını başa çatdırır və ali səviyyəyə yüksəlir. Beləliklə ruh 
təbiətdən hasil olur. Sonra təbiət Simurq quşu kimi öz-özünü yandırır ki, 
onun külü içərisindən yeniləşmiş şəkildə ruh kimi meydana çıxsın.
1
Insanın mənşəyini izah edən üçüncü
xətt 
ona sosial-praktiki 
baxımdan 
yanaşır. Onun fikrincə insan ilə cəmiyyət birlikdə yaranmışdır. 
Bu prosesin əsas yolunu praktiki fəaliyyət təşkil edir. Qeyd olunan baxış 
insanın mənşəyini əmək nəzəriyyəsinin müddəaları üzərində yüksəldir. 
Deməli bu mövqeni aydın təsəvvür etmək üçün əmək nəzəriyyəsinin 
əsaslarına diqqət yetirilməlidir. Bu tə‟lim öyrədir ki, insan və cəmiyyət 
insanabənzər meymunlardan uzun təkamül nəticəsində, əmək prosesində 
meydana gəlmişdir. Insanın ulu əcdadları inkişaf etmiş bioloji orqanizmə 
malik idilər. Meymunun qabaq ətrafları, indiki mə‟nada əlləri onun 
tələbatını ödəyə biləcək şəkildə dəyişikliyə məruz qalır. Onun fəaliyyəti 
inkişaf etmiş əsəb sistemi ilə tənzim olunur. Əsəb sistemi heyvanın xarici 
mühit ilə münasibətlərində tarazlıq yaratmağa xidmət edir. Tədricən 
meymunun baş beyni inkişaf edir. Onun psixikasında lazım olan, faydalı 
olan ilə təhlükəli, qorxulu olan aydın fərqləndirilməyə başlanır. Buna 
uyğun olaraq əcdadlarımızın davranışı da tədricən mürəkkəb forma alır. 
Burada özünüqorumaq, qida əldə etmək, cinsi əlaqə və digər instinktlər 
özünü göstərir. Bu davranışda yavaş-yavaş elementar təfəkkür ünsürləri 
yaranır. Sürü şəklində yaşayan meymunlar birgə həyat üçün zəruri olan 
siqnalları üz ifadəsi, hərəkət və səslərlə bir-birinə ötürürlər. Əcdadlarımız 
öz tələbatlarını yerinə yetirmək üçün sadə əmək alətləri yaratmağa 
başlayırlar. Bu andan onların həyatında ciddi dönüş baş verir. Belə ki, ic-
timai məqsəd və ona çatmaq haqqında təsəvvürlər yaranır. Tədricən icti-
mai məqsəd ictimai tələbat ilə əlaqələndirilir. Digər tərəfdən, əmək 
alətlərindən istifadə edilməsi, onların yaxşılarını yaratmaq istəyi, irəli 
sürülmüş məqsədin başa düşülməsinə gətirib çıxardı. Həm də məqsəd ilə 
ona nail olmağın yolları anlaşılmağa başladı. Bütün bu proseslərdə başlıca 
rolu əmək alətlərinin hazırlanması oynamışdır. Dəyişilmiş təbii şəraitə 
dözə bilmək üçün meymunlar təbii predmetlərdən istifadə etməklə 
kifayətlənməmişlər. Nəticədə qabaq ətrafların əmək alətləri yaratmağa 
adaptasiya etməsi (uyğunlaşması) baş vermişdir. Bununla yanaşı 
formalaşmaqda olan insanın işçi orqanlarının imkanlarına uyğun surətdə 
təbiət cismlərinin özündə dəyişikliklər əmələ gətirilir. 
1
Bax: Гегель. Энциклопедия философских наук, т.2, М., 1975, с.577-578. 


241 
XIX əsrin ikinci yarısından ehtibarən insanı bioloji təkamülün 
məhsulu hesab edən baxış geniş yayıldı. Bununla əlaqədar olaraq insan ilə 
heyvan arasındakı fərqlərin araşdırılmasına diqqət artdı.
Əlbəttə insanları heyvanlardan ayıran çox müxtəlif əlamətlər 
mövcuddur (dini, dili, dik yeriməsi, şüuru, əxlaqı və sair.). Lakin əsas 
məsələ heyvanat aləmindən insan cəmiyyətinə keçidi şərtləndirən 
səbəbləri elmi cəhətdən müəyyən etməkdir. Bunu bildikdən sonra insan ilə 
heyvanı fərqləndirən ən əsas cəhəti üzə çıxarmaq asanlaşır. 
Bu fərqi izah edərkən birinci növbədə aşağıdakı məqama diqqət 
yetirilməlidir. Heyvanın davranışı onun orqanizminin (bioloji aləmin) 
tələbatları və strukturu ilə müəyyən olunur. Hər bir heyvan doğularkən 
müəyyən instinktlərə malik olur. Bunlar onun davranış çərçivəsinin 
hüdudlarını müəyyən edir. Insan isə cəmiyyətdə, ictimai mühitdə yaşayır. 
Onun davranış və hərəkətləri praktiki olaraq qeyri- məhduddur. Heyvanın 
instinktiv davranışı genetik proqram ilə şərtlənir. Insan cəmiyyətində isə 
davranış və fəaliyyət prinsipcə yeni məzmun kəsb edir. Burada əsas yeri 
ünsiyyət vasitəsi olan dil, müxtəlif normalar və mədəniyyət tutur. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   283   284   285   286   287   288   289   290   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin