Qeyd edək ki, müxtəlif dövrlərin müdrik adamları insanda bu cür kəskin qəzəbin səbəblərini araşdırmağa cəhd göstərmişlər. Ancaq yalnız XX əsrdə insanın dağıdıcı, məhvedici xarakterinin bə‟zi səbəblərini aşkar etmək mümkün olmuşdur. Məsələn Z.Freyd belə hesab edirdi ki, insanın xarakterindəki dağıdıcılıq, onun həyatının sadə
olmamasından irəli gəlir. Odur ki, gələcəkdə insan üçün daha insani şərait
yarandıqda, onun qəddarlığı da aradan qalxacaqdır. Lakin insanlara bu
tarixə qədərki dövrü başa vurmaq və həqiqi tarixi yaşamaq üçün min il
vaxt lazım gələcəkdir. Freydin ardıcılı E.From (1900-1980) isə bu
məsələdə tamamilə başqa mövqedən çıxış edir. Onun fikrincə insanlar
üçün yüxarıda göstərilən tarixə qədərki dövrü yaşamaq vacib deyildir.
Çünki onlar öz mahiyyəti etibarilə qəddar deyildir. Qəddarlığı insan tarixi
gedişatda əldə edir. Məhz tarix insanda bu keyfiyyəti yaratmaqla, onu yo-
lundan döndərmişdir. Əvvəllər belə fikirlərə rast gəlinirdi ki, insanın
aqressiv davranışı filogenetik köklərə malikdir. Belə davranış onun
anadangəlmə instinktləri ilə bağlıdır, yə‟ni proqramlaşdırılmış xarakter
daşıyır. From isə bu qəbildən olan fikirlərə qarşı çıxır. O göstərir ki: insan
təbiətdən yüksək dünyanı, industrial mədəniyyəti yaratmaqla? tədricən öz
təbii köklərini itirməyə başlayır. O yaratdığı yeni aləmə doğru daim can
atmaqdadır. Və bu prosesdə birdən özündə dağıdıcılıq sindromunun
olduğunu aşkar edir.
Bununla əlaqədar qeyd edək ki, doğrudan da müasir sivilizasiya,
cəmiyyətin industrial yolla yüksəlişi özgələşmiş insanların sayını artırır.
Belə adamların hər biri özünü və öz bədənini yalnız şəxsi uğur qazanmaq
üçün vasitə hesab edir. Bu gün insan həyatının müxtəlif sahələri getdikcə
daha çox maşınlaşır. Bu meyl isə döyüşkənlik, terrorizm və vandalizm
kimi keyfiyyətlərin törəməsində ciddi rol oynayır. Qəribə paradoks baş
verir. Belə çıxır ki, insan maşınları yaratmır, əksinə mexanizmlər və tex-
nologiya ona öz qanunlarını diktə edir. Buna baxmayaraq insanlar
təbiilikdən kənar sün‟i yaradılan formalara və strukturlara can atırlar.
Çünki bunlar daha çox rahatlıq gətirir və asan idarə olunurlar. Nəticədə isə
insanın mövcudluğunun təbii əsasları ciddi təhlükəyə mə‟ruz qalır.
Yuxarıda deyilənlər göstərir ki, insanı izah edən fəlsəfi baxışlar çox
müxtəlifdir. Lakin onların hamısı belə bir ümumi cəhətə malikdir ki, insan
Kainatın təkrarolunmaz məhsuludur.