Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Insanın unikallığı, müstəsnalığı bir



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə296/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   292   293   294   295   296   297   298   299   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

 Insanın unikallığı, müstəsnalığı bir 
aksiom kimi qəbul olunur.
4. Insanda qeyri-şüuri və şüuri 


250 
 
Fəlsəfi antropologiyada, mahiyyət və mövcudluq məsələləri ilə 
yanaşı qeyri- şüuri ilə şüurun nisbəti problemi də mühüm yer tutur. 
Fəlsəfədə uzun müddət antropoloji rasionalizm hökm sürmüşdür. 
Bu prinsipə görə insanın varlığı və davranışı yalnız onun şüurlu həyatının 
ifadəsidir. Belə yanaşdıqda insan yalnız zəkalı mövcudat kimi təsəvvür 
edilir. Lakin bir qədər sonralar insan problemini izah edən filosoflar 
(Kant, Leybnis, Şopenhauer, Nitcşe, Qartman və başqaları) qeyri-şüuri 
problemini ön plana çəkdilər. Onlar insanın zəkasından kənar psixiki 
proseslərin mühüm rolunu və əhəmiyyətini qeyd edirdilər. Keçən mövzu-
da geniş bəhs olunan Z.Freydin psixoanaliz tə‟limi bu münasibətdə 
səciyyəvidir.
Amerkan sosial-psixoloqu və sosioloqu E.Fromun insanda qeyri -
şüurinin xarakteri ilə bağlı mülahizələri də maraqlıdır. O qeyri -şüurinin 
biolojiləşdirilməsinə və erotikləşdirilməsinə qarşı çıxır. Insanın mahiyyəti 
ilə mədəniyyəti arasında barışmaz ziddiyyətlər yaratdığı üçün Freydi 
tənqid edirdi. Lakin o insana sosioloji yanaşmanı qəbul etmirdi. Beləliklə 
From özünün dediyi 
kimi nə bioloji, nə də sosial olmayan yeni nöqteyi-
nəzər irəli sürür
. Onun fikrincə insanın 
inkişafının ən mühüm amili 
«ekzistensial dixotomiya» adlanan ziddiyyətdir
. Bu ziddiyyət insanın 
ikili təbiətindən irəli gəlir (bir tərəfdən təbiətin hissəsi kimi, digər tərəfdən 
isə sosial varlıq olması). O göstərirdi ki, heyvanın həyatına kömək edən 
güclü instinktlər insanda yoxdur. Buna görə də o öz şüuru əsasında 
hərəkət edir. Lakin Froma görə belə hərəkətlər heç də həmişə müsbət 
nəticə vermir. Bu isə insanda narahatlıq və həyəcan doğurur. Beləliklə 
insanın şüurlu hərəkəti ona baha başa gəlir, yə‟ni onda inamsızlıq yaradır. 
Ümumi mə‟nada götürdükdə insanın təkrarolunmazlığı onun bir 
sıra qeyri adi xassələrində təzahür edir. Insan öz şüurunda ətraf mühitin 
sonsuz sayda rangarəngliyini əks etdirir. O zəngin və çoxtərəfli 
mədəniyyət dünyası yaradır. Insanda son dərəcə müxtəlif keyfiyyətlər qey-
ri -adi formada bir-birilə çulğalaşır. Bir sözlə insan mürəkkəb və tükənməz 
mövcudatdır. Lakin insanın çoxlu spesifik keyfiyyətlərə malik olması, 
həm də müəyyən çətinliklər yaradır. Belə ki, bu və ya digər heyvanın 
unikallığından danışarkən biz onun bioloji təşkilinin özünəməxsuzluğunu 
göstərə bilirik. Insanın təkrarolunmaz mahiyyətini açarkən isə onun malik 
olduğu xassələr çoxluğu çətinlik törədir. Çünki həmin xassələrin hər biri 
əlahiddə hesab oluna bilər. Insanın zəkası, vicdanı, mə‟nəvi borcu, 
ünsiyyəti və sair çoxlu keyfiyyətləri vardır. Onlardan hansına üstünlük 
verilməlidir. 
Müxtəlif 
dövrlərin 
filosofları 
insan 
təbiətinin 
özünəməxsuzluğunu birmə‟nalı izah etmirlər. Onların bir çoxu bunu 
insanın xüsusi bədən quruluşuna, bioloji növ kimi yüksək dərəcədə 


251 
mütəşəkilliyə malik olmasında görürlər. Bu keyfiyyəti hələ qədimdən 
yüksək qiymətləndirirdilər. Bununla belə müasir fəlsəfi fikir və elmlərin 
inkişafı həmin keyfiyyəti şübhə altına alır. Eynilə də canlı materiyanın 
daxili dəyişmələrinin ruhun yaranmasına doğru yönəldiyi və şüurun canlı 
aləmin inkişafının zirvəsi olduğu fikrini aksioma kimi qəbul etmək 
mübahisəlidir. Məsələ bundadır ki, 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   292   293   294   295   296   297   298   299   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin