əsas etibarilə iki istiqamətdə ifadə olunur.
Bunlardan birincisi insanı biolojiləşdirən
, yəni onun mahiyyətində
təbii, bioloji tərəflərin rolunu şişirdən konsepsiyadır.
Ikinci isə kobud so-
siolojiləşdirici
nəzəriyyələrdir. Sonuncular insanın bioloji keyfiyyətlərinə
məhəl qoymur, onun sosial mahiyyətini mütləqləşdirirlər. Birinci qəbildən
olan nəzəriyyələrə misal olaraq XIX əsrin sonlarında geniş yayılmış so-
sial-darvinizmi və irqçiliyi göstərmək olar. Onların tərəfdarları insanlar
arasındakı münasibətləri, cəmiyyət hadisələrini Darvinin təbii seçmə və
təkamül qanunları ilə izah etməyə çalışırdılar. Irqçililik isə insanları
dərisinin rənginə, üz quruluşuna, saçına və s. görə fərqləndirir. Insanın
mahiyyətini biolojiləşdirməyə çalışan konsepsiyalar bu gün də davam
etməkdədir. Hazırda qərbdə geniş yayılmış sosiobiologiya adlanan tə‟lim
(M.Ryuz, M.Midqme, E. Uilson və başqaları) bu qəbildəndir. Onun
254
banilərindən biri, amerika alimi E.Uilson təklif edir ki, insanın tarixinə
yerdəki heyvanların kataloqunu tərtib etmək üçün başqa planetdən gəlmiş
zoologiya mütəxəssisinin nəzəri ilə baxmaq lazımdır. Belə olduqda bütün
humanitar və sosial elmlər biologiya elminin ayrı-ayrı ixtisaslaşmış
bölmələri hesab edilməlidir. Tarix və ədəbiyyat isə sadəcə olaraq bioloji
növ olan insanın davranışını tədqiq etməyin üsullarıdır.O özünün 1975-ci
ildə çap etdirdiyi «Sosiobiologiya: yeni sintez» adlı kitabında həmin
konsepsiyanın əsaslarını şərh etmişdir. Müəllif bildirir ki, onun əsas
vəzifəsi əxlaq, azadlıq, determinizm, aqressiya, altruizm, eqoizm və digər
insan keyfiyyətlərinə yeni tərzdə yanaşmaqdır. Bu məqsədi həyata
keçirərkən o, heyvan və insan davranışlarının imkanları və sərhədlərinin
təhlilinə xüsusi diqqət yetirir. Qeyd olunan problemlərin həllində Darvi-
nizm prinsiplərinə, o cümlədən təbii seçməyə birinci dərəcəli əhəmiyyət
verilir. Ən əsası budur ki, heyvanlar üzərində alınmış nəticələr insanların
davranışına aid edilir. Beləliklə Uilson əsassız olaraq antropologiyanı bi-
ologiyaya, biologiyanın özünü isə molekulyar genetikaya müncər edir.
Bütövlükdə sosiobioloqlar belə hesab edirlər ki, «gen ilə
mədəniyyətin koevalyusiyası» (birgə təkamül deməkdir) nəzəriyyəsi
insanın təbiəti haqqında təsəvvürləri dəyişdirir. Bu nəzəriyyəyə görə in-
sanda üzvi (gen) və mədəni təkamül prosesləri birlikdə baş verir. Onlar
bir-birilə əlaqəlidir. Lakin aparıcı rolu genlər oynayır. Insanın bir çox
hərəkətlərinin son nəticədə səbəbi genlərdir. Buna görə də insan bioloji
biliyin obyektidir. Uilson sosiobiologiyanın əsas vəzifəsini insan da daxil
olmaqla heyvanlarda sosial davranışın bütün formalarının bioloji əsaslarını
öyrənməkdə görürdü.
1
Həmin nəzəriyyənin başlıca müddəası bundan
ibarətdir: insanda onun bioloji təbiətindən kənarda elə bir ciddi əlamət
yoxdur. Onun tərəfdarlarının fikrincə insanın çox ehtimal ki, əxlaqi
hissləri də bioloji kanallar vasitəsilə irsən keçir. Buna nümunə kimi onlar
ibtidai cəmiyyətdə qan qohumları arasında nigahın qadağan olunmasını
gətirirlər. Göstərirlər ki, bu yasaq insan cəmiyyətinə heyvanlar aləmindən
keçmişdir. Onlar, aqressivliyi də insanın ayrılmaz xassəsi hesab edirlər.
Sosiobioloqların fikrincə insanın zəkası da bioloji təkrar istehsal üçün
nəzərdə tutulmuş vasitələrdən biridir. Bu nəzəriyyə insanı naturalist
mövqedən izah edir. Onun fikrincə heyvanlar ilə insanlar arasında heç bir
sədd yoxdur. Belə ki, bütün canlı mövcudatlar eyni prinsiplər üzrə
yaşayırlar. Bizim insan sivilizasiyasının nailiyyəti hesab etdiyimiz bir çox
hadisələr heyvanların davranışında da mövcuddur. Canavarlar sürü
halında, arılar ailə halında, cüyürlər dəstə şəklində yaşayırlar. Sosiobioloq-
lara görə bu birliklər sosial həyatın ilkin müjdələridir. Hətta altruizm
1
Философия. V.Lavrinenkonun redaktəsi ilə, М., 1998, с. 527
255
(şəxsi mə‟nafeni ictimai mə‟nafeyə tabe etmək) spesifik insan hadisəsi
deyil, bütün canlı orqanizmlərin xassəsi hesab olunur.
Qeyd edək ki, insanda bioloji əlamətlərin rolunu mütləqləşdirən
baxışın özü daxilən yekcins deyildir.
Dostları ilə paylaş: |