Burada əsas etibarilə üç nöqteyi- nəzər vardır: Birincilər göstərirlər ki, mövcud irsiyyət mexanizmi unikal
bioloji növ olan insanın inkişafının nəticələrini tam dolğunluğu ilə əks
etdirir. Bu mexanizm sabit və mükəmməldir. Buna görə də xeyli uzaq
gələcəkdə də öz rolunu oynayacaqdır. Beləliklə
birinci baxış optimist
əhval- ruhiyyəni ifadə edir.
Ikinci mövqedə duranlar belə hesab edirlər ki,
insan bioloji növ kimi öz dövrünü başa vurmaqdadır və o sönməyə döğru
meyl edir. Onlar bunun səbəbini insan tərəfindən sün‟i mühit
yaradılmasında və təbabətin artan uğurlarında görürlər. Guya bu amillər
bəşəriyyəti təbii seçmə üzrə inkişaf yolundan kənara çıxarmışdır. Buna
görə də toplanmaqda olan mutasiyaların təzyiqi altında bəşəriyyətin
üzərinə ağır yük düşür. Bundan əlavə, sosial həyatda baş verən
burulğanlar və partlayışlar da insan nəslinin sönməkdə olduğunu göstərir.
Göründüyü kimi bu baxış pessimizmi ilə səciyyələnir.
Nəhayət üçüncü qrupun tərəfdarları belə hesab edirlər ki, insan cavan bioloji növdür. Onun
irsiyyət mexanizmində heyvanların genləri hələ həddən artıq çoxdur.
Insanın yaşadığı sosial mühit bəşəriyyətin tarixi tərəfindən yaradılmışdır.
Bu mühit yalnız bə‟zi adamların fəaliyyətinin məhsuludur. Göründüyü
kimi bu baxış elitarizm mövqeyini ifadə edir.
Ümumilikdə götürdükdə ikinci və üçüncü baxış eyni bir məqsədə
xidmət edir. Onların fikrincə insanın genetik təbiətində düzəlişlər
edilməlidir. Yaxın gələcəkdə bioloji amillər üzündən bəşəriyyəti ölüm
təhlükəsi gözləyir. Onun qarşısını yalnız genetika ala bilər. Əgər genetika
bioloji təkamülə nəzarəti öz əlinə alsa, onda bu təhlükə sovuşar. Bu
qəbildən olan ideyalar
zəminində evgenika elminin (irsiyyət mexanizmi
və onun yaxşılaşdırılması haqqında elmdir) yeniləşmiş variantı özü
göstərir. Onun nümayəndələri qəti surətdə bildirirlər ki, bu elm insan
nəslinin təkrar istehsalına tam nəzarət etməlidir. Hətta bəşəriyyət
faydalılıq naminə nəslin artırılmasında qismən də olsa seleksiya işini
həyata keçirməlidir. Əlbəttə belə fikri məğbul hesab etmək olmaz. Əvvəla
seleksiyanın genetik imkanları bu böyüklüyündə vəzifənin öhdəsində gələ
bilməz. Digər tərəfdən belə olduqda bir sıra mə‟nəvi-psixoloji məsələlər
qarşıya çıxır: kim arzu olunan xassəli genlərə malikdir? Sonra, genlərin
arzu olunanlığını necə müəyyən etmək olar? Bu işi kim görməlidir?