Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Genetik amillərin və seleksiya imkanlarının şişirdilməsi insan-



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə301/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   297   298   299   300   301   302   303   304   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Genetik amillərin və seleksiya imkanlarının şişirdilməsi insan-
larda sosial əsasların rolunun azaldılması deməkdir
. Insan təkcə təbii 
mövcudat deyil, təbii -sosial mövcudatdır. Təbiət insana onun həyatı üçün 
lazım olan bütün nemətləri hazır şəkildə vermir. Buna görə də təbii 


256 
imkanları sosial həyatda reallaşdırmaq lazım gəlir. Sonuncu proses isə 
bilavasitə insanda sosial tərəfi göstərir. Yuxarıda qeyd olunan 
biolojiləşdirici baxışların bir nöqsanı da budur ki, onlar hər şeyi genetik 
amillərə müncər edirlər. Axı bioloji tərəf öz məzmununa görə geniş 
anlayışdır. Burada fərdi inkişafın fizioloji səpkiləri mütləq nəzərə 
alınmalıdır. Xüsusən də pataloji effekt törədən fizioloji amillər böyük rol 
oynayır. Məhz onlar insanın bioloji göstəricilərinə dəyişdirici tə‟sir edir. 
Onları, hətta sosial amilləri başqa cür qavrayacaq dərəcədə dəyişdirir. 
Insan haqqında baxışlar yuxarıda deyilənlərlə bitmir. Onlardan 
əlavə bir sıra konsepsiyalar da vardır. Onlar bioloji amillərin 
mühümlüyünü zahirən qəbul etməklə, əsassız olaraq belə bir optimist fikir 
irəli sürürlər ki, güya yalnız xarici tə‟sirlər göstərməklə insanın təbiətini 
tez bir vaxtda, əsaslı surətdə və istənilən istiqamətdə dəyişdirmək olar. 
Qeyd edək ki, cəmiyyət tarixində buna bənzər cəhdlər az olmamışdır. 
Bir 
çox dövrlərdə güclü sosial vasitələrin tə‟sirilə insanların ictimai 
psixologiyası kütləvi psixoz vəziyyəti həddinədək dəyişdirilmişdir
. La-
kin bu vəziyyət yalnız qısa müddət davam etmişdir. Tezliklə insanların 
şüuru öz köhnə vəziyyətinə qayıtmışdır. Buradan aydın olur ki, həmin 
qəbildən zorla edilən dəyişikliklərin heç bir tarixi və ya sosial mə‟nası 
yoxdur. Onlar olsa-olsa insanın sosial iradəsini yanlış səmtə yönəldir və 
sosial amillərin tə‟sirini zəiflədir.

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   297   298   299   300   301   302   303   304   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin