265
vəziyyətinə və psixikasına əhəmiyyətli tə‟sir göstərir. Bu, fəsillərin
dəyişilməsi zamanı və ilin maqnit günləri adlanan dövründə, şüalanmanın
güclü olduğu anlarda daha kəskin hiss olunur. Astrologiya insanın bədəni
və ruhunun Günəş sistemi və Kosmosdan asılı olduğunu göstərir.
Insanların və xalqların taleyinin planetlərin yerləşməsi və hərəkəti ilə
müəyyən edildiyini söyləyir. Doğrudur, astrologiya elm deyildir. Buna
görə də onun hesablamalarına və insanların taleyinə dair mülahizələrinə o
qədər də inanmaq olmaz. Amma onun fikirlərini tam cəhalət hesab etmək
də yanlışlıq olardı. Görünür astrologiyanı idrakın qeyri-elmi
formalarından biri kimi qəbul etmək daha doğrudur. Deyilənlərdən aydın
olur ki, insanın fəlsəfi təhlili onunla Kainat arasındakı münasibətləri də
əhatə etməlidir. Hər bir insanın həyatı planetdə baş verən və bir çoxlarının
səbəbləri bizə bəlli olmayan proseslər ilə sıx bağlıdır. Onun
dərinliklərində gedən sirrli dəyişikliklər bizim səhhətimizə, keçirdiyimiz
əsəb-psixiki gərginlik dərəcəsinə əhəmiyyətli tə‟sir göstərir. Həm də bu
tə‟sir Yer kürəsinin müxtəlif rayonlarında yaşayan insanlar üçün eyni ol-
mur. Məsələn orqanizm üçün faydalı olan yeraltı şüaların güclü olduğu
yerlərdə əsəb gərginlikləri və digər pozuntular az olur. Bu təsadüfi deyil-
dir. Müasir elm sübut edir ki, insan həyatı üçün müəyyən maqnit sahəsinin
olması zəruridir. Belə sahə olmadan insan yaşaya bilməz. Yaxud da
insanların bitki və heyvanlar ilə təmasda olması, onların əhval-ruhiyyəsini
yaxşılaşdırır. Canlı həyatın yaratdığı biokütlə həm də, müvafiq biosahə
əmələ gətirir. Deməli insan təbiət ilə təkcə orqanizmin funksional
səviyyəsində qarşılıqlı tə‟sirdə deyildir. Bu qarşılıqlı tə‟sir həm də emo-
sional səviyyədə olur. Kimə məlum deyildir ki təbiət ilə qovuşmaq, onun
gözəlliyini müşahidə etmək insana nə qədər dərin emosional rahatlıq və
ləzzət gətirir.
Dostları ilə paylaş: