274
münasibətlər getdikcə ziddiyyətli xarakter alır və xeyli dərəcədə
kəskinləşir. Müasir elmi-texniki inqilab və onun nəticələrindən istifadənin
miqyası genişləndikcə bu kəskinliyin dərəcəsi daha da artır.
Məlumdur ki, elmi-texniki inqilab təbiətin yeni-yeni sirrlərini
aşkara çıxarır. Yeni texnika və texnologiyanın inkişafı gedişində robot
texnikası,
mikroelektronika,
informatika,
biotexnologiya,
gen
mühəndisliyi və sair daha geniş yer tutur. Yeni enerji növündən -nüvə
enerjisindən istifadə olunur, kosmik fəzanın, habelə Dünya okeanının
öyrənilməsi yolunda mühüm nailiyyətlər əldə edilir. Təbii və ictimai
proseslərin idarə olunmasında elektron hesablama maşınlarının nüfuzu
güclənir, kimyəvi və bioloji metodlardan istifadə etmək əsasında torpağın
münbitliyi yüksəlir, onun məhsuldarlığı artır.
Bütün bunlar insanla texnikanın «yeni, yüksək səviyyədə təması»
prosesinin baş verdiyi sübut edir. Onlardan səmərəli istifadə olunması
cəmiyyətin tərəqqisi üçün misilsiz imkanlar açır. Bununla yanaşı həm də
cəmiyyət ilə təbiət arasındakı münasibətlərdə ciddi dəyişikliklər yaranır.
Belə ki, müasir elmi texniki inqilab şəraitində sür‟ətlə genişlənməkdə olan
istehsal fəaliyyəti biosferaya, butövlükdə təbii mühitə mənfi tə‟sir
göstərən qüdrətli amilə çevrilir.
Dostları ilə paylaş: