Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


IX FƏSIL  IDRAK VƏ ONUN STRUKTURU



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə320/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   316   317   318   319   320   321   322   323   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

IX FƏSIL 
IDRAK VƏ ONUN STRUKTURU 
 
1. Idrak fəlsəfi təhlilin predmeti kimi 
 
Insanın və cəmiyyətin bütün həyat fəaliyyəti dünyanı dərk etməyə 
əsaslanır. Ətraf aləmdə baş verən hadisə və proseslərin səbəblərini və 
qanunauyğunluqlarını öyrənmədən insan düzgün səmtləşə bilməz. O, 
gerçəkliyi mütabiq (müvafiq surətdə) əks etdirməklə, özü ilə dünya 
arasındakı münasibətləri tənzim edir. Buradan aydın olur ki, dünyaya 
idrakı münasibət «dünya-insan» münasibətləri sisteminin ayrılmaz 
tərəfidir. Odur ki, idrak mövzusu fəlsəfədə başlıca yeri tutur. Bunu həm də 
ondan yəqin etmək olar ki, fəlsəfə tarixində bütün mütəffəkkirlər öz 
təlimlərində idrak məsələlərinə geniş yer ayırmışlar. 
Fəlsəfənin idrak prosesini 
öyrənən sahəsi qnoseologiya (bilik 
haqqında tə‟lim) adlanır. 
Bu anlayışı ilk dəfə 1854 -cü ildə şotlandiyalı 
C.Ferrer fəlsəfəyə daxil etmişdir. 
Qeyd edək ki, idrak mövzusunu müxtəlif elmlər (psixologiya, tarix, 
elmşünaslıq, biliyin sosiologiyası və sair) öyrənir. Buna görə də həmin 
elmlər ilə fəlsəfə arasında əməkdaşlıq mövcuddur. Bir tərəfdən, konkret 
elmlər idrakı öyrənərkən fəlsəfənin ümumnəzəri müddəalarına və 
metodologiyasına əsaslanırlar. Digər tərəfdən, həmin elmlərin 
məlumatlarını ümumiləşdirmək əsasında fəlsəfi qnoseologiya daha da 
inkişaf edir. 
Dünyanın dərk olunması prosesinin mahiyyəti, strukturu və 
metodlarının öyrənilməsi birinci növbədə fəlsəfənin predmetinə dax-
ildir
. Çünki söhbət insanın gerçəkliyə münasibətinin dünyagörüşü 
səpkisindən gedir. Idrakın fəlsəfi təhlili aşağıdakı məsələləri əhatə edir: 
dünyanı dərk etməyin mümkün olub-olmaması; idrak prosesinin strukturu, 
pillələri və meyarları; idrakın ümumi qanunauyğunluqları və metodları; 
həqiqi biliyin mahiyyəti və dəyərlər ilə münasibəti və sair. 
Idrak gerçəkliyin insan şüurunda məqsədyönlü in‟ikası prosesidir. 
Insan dünyanı dərk etməklə ona dəyişdirici tə‟sir göstərə bilir. Idrak pro-
sesi insanın praktiki fəaliyyəti əsasında baş verir. Onun mahiyyətini 
gerçəkliyin mənəvi mənimsənilməsi təşkil edir. Idrak nəticəsində əldə 
olunan biliklər (təbiət, cəmiyyət və təfəkkür qanunları) insanın praktiki 
fəaliyyətində müstəsna dərəcədə böyük rol oynayır. Insan öz fəaliyyətini 
həmin qanunları və xassələri nəzərə almaqla təşkil edir və istənilən 
nəticələri alır. Lakin idrak prosesi təkcə mövcud situasiyaların dərki 
demək deyildir. Burada həm də əvvəlki dövrlərdə qazanılmış nailiyyətlər 
keçmiş nəsillərin idrakı təcrübəsi əhatə olunur. Odur ki, idrak prosesi 


280 
insanın əvvəldən malik olduğu biliklər və təsəvvürlər, dəyər (sərvət) 
oriyentasiyası, tələbatları prizmasından keçərək baş verir. Bilik təkcə şəxsi 
deyil, həm də ictimai sərvətdir. Məhz əhalisinin zəngin bilikləri, intelek-
tual səviyyəsi sayəsində bir çox ölkələr (Yaponiya, Hollandiya, Isveçrə və 
sair) o qədər də əlverişli şəraitə və təbii sərvətlərə malik olmadan yüksək 
inkişaf səviyyəsinə çatmışdır. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   316   317   318   319   320   321   322   323   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin