Idrakın subyekti dedikdə bu prosesdə şüurlu və məqsədyönlü
hərəkət edən insan nəzərdə tutulur. Subyekt öz daxili tərkibinə görə
müxtəlifdir. Idrakın subyekti kimi ayrıca bir fərd, müəyyən bir sosial qrup,
sinif, cəmiyyət və bütövlükdə bəşəriyyət çıxış edə bilir. Müasir dövrdə
çox vaxt idrakın subyekti kimi müəyyən alimlər birliyi, ayrı-ayrı elmi
cəmiyyətlər çıxış edir. Lakin idrakın subyekti kimi ayrıca şəxsiyyətin
böyük rolu danılmazdır. Cəmiyyət dünyanı ayrı-ayrı adamlar vasitəsilə
dərk edir. Beləliklə idrakın subyekti mürəkkəb sistemdir. Həmin sistemin
mühüm tərəfi mə‟nəvi və maddi istehsalın müxtəlif sahələrində fəaliyyət
göstərən ayrı-ayrı şəxsiyyətlərdir.
Qeyd edək ki, müasir fəlsəfədə idrak subyektinin semantik
modelləri müxtəlifdir: antropologizm, transendentalizm və evolyusionizm.
Antropologizm konkret fərdi idrakın yeganə, universal və ali subyekti he-
sab edir. Transendentalizmə görə subeykt ən ümumi, tarixin və təcrübənin
fövqündə duran, «xalis» şüurdur. Evolyusionizm isə subyekti ümumdünya
tarixinin əvvəlki gedişi ilə qərarlaşmış hissi və əqli imkanların məcmusu
kimi səciyyələndirir. Onun əsas müddəalarını genetizm, tarixilik və sosi-
ologizm təşkil edir. Genetizm insanın psixiki fəallığının sosial- tarixi
inkişaf gedişində əmələ gəldiyini göstərir. Tarixilik bunu ifadə edir ki,
idrakın subyekti konkret tarixi mövcudat olan insanın spesifikliyində
təzahür edir. Sosiologizmə görə idrakın subyektinin təfəkkür fəaliyyəti hər
bir «Mən»in, cəmiyyətin ümumi biliyinə qovuşması prosesində baş verir.
1
Beləliklə idrakın subyekti özündə antropoloji, transendental və so-
sioloji tərəflərin vəhdətini ifadə edir. Idrakın obyekti ilə subyekti bir-
birindin ayrılmazdır. Belə ki, obyektsiz subyekt, subyektsiz isə idrak ob-
yekti yoxdur. Bu iki tərəf sıx qarşılıqlı tə‟sirdədir. Bunun nəticəsində idrak
sadəcə olaraq obyektin subyektə birtərəfli təsiri kimi çıxış etmir. O həm də
subyektin fəal rolunu göstərir. Bu fəallıq öz ifadəsini subyektin dəyişdirici
praktiki fəaliyyətində tapır.