290
çıxış edir. Fikirləşmək hər şeydən əvvəl
müəyyən obyekt, onun xassə və
əlaqələri haqqında mühakimə yürütmək deməkdir. Mühakimə, anlayış ilə
sıx qarşılıqlı əlaqədə mövcuddur: bir tərəfdən hər bir mühakimə
anlayışlardan ibarət olur Deməli anlayışlarsız mühakimə yoxdur.
Digər
tərəfdən isə anlayışların məzmununu yalnız mühakimələr vasitəsilə açmaq
mümkündür. Buradan aydındır ki, mühakimə olmadan anlayış əks etdir-
diyi predmetin xassələrini ifadə edə bilmir.
Məntiqi (rasional) idrakın ən yüksək forması
əqli nəticədir
. Əqli
nəticə elə bir fikri əməliyyatdır ki, onun vasitəsilə əvvəldən mövcud olan
hazır biliklərə əsaslanmaqla yeni bilik əldə edilir.
Bu prosesdə oxşar
məzmuna malik olan iki və ya daha çox mühakimədən məntiqi qaydaları
tətbiq etməklə yeni bir hökm-yekun biliyi alınır. Əqli nəticə idrak
prosesində çox mühüm yer tutur. Onun müxtəlif növləri (deduksiya, in-
duksiya və analogiya) insanların praktiki və
nəzəri fəaliyyətində geniş
tətbiq olunur.
Məntiqi təfəkkürün idrakda rolu, onun aşağıdakı
Dostları ilə paylaş: