Həqiqətin meyarı praktikadır. Praktika aşağıdakı keyfiyyətlərə
malikdir. Əvvəla, onun məzmunu obyektivdir və şüurdan asılı deyildir.
Sonra, o, insanı həmin obyektiv reallıqla əlaqələndirir. Nəhayət, praktika
prosesində insanlar əşya və predmetləri dəyişdirirlər.
Öz məzmununa və formasına görə praktikanın aşağıdakı üç əsas
növü vardır: a) maddi nemətlərin yaradılması; b) ictimai -siyasi fəaliyyət;
v) elmi-praktiki fəaliyyət.
Ictimai praktikanın tələbatı həmişə idrakın əsası və inkişafının
hərəkətverici qüvvəsidir.
Həqiqətin
yanılma və yalan ilə əlaqəsinə də diqqət yetirilməlidir.
Yanılma gerçəkliyin qeyri-adekvat (uyğun gəlməyən) in‟ikasıdır. O
müxtəlif səbəblərdən baş verə bilir. Məsələn həmin moment üçün ictimai -
tarixi praktikanın və elmin səviyyəsinin məhdud olması belə
amillərdəndir. Bundan əlavə mövcud baxışların, priyomların və
yanaşmaların mütləqləşdirilməsi də yanılmaya gətirib çıxarır.
Yanılma çox vaxt kifayət qədər düşünülməmiş, tələsik çıxarılan
nəticə kimi çıxış edir. Bundan başqa müəyyən həqiqətin, onun tətbiq oluna
biləcəyi hüdudlardan kənara ekstropolyasiyası (köçürülməsi) də yanılma
ilə nəticələnir. Yanılma həm həqiqətdən həm də yalandan fərqlidir. Onun
həqiqətdən fərqliliyi bundadır ki, gerçəkliyi birtərəfli, illüziyalı şəkildə
canlandırır. Yanılma yalandan fərqli olaraq gerçəkliyi bilərəkdən təhrif
etmir. Yanılan adam elə bilir ki, onun dediyi həqiqətdir.
Yanılmalar elmi və qeyri -elmi ola bilir. Elmi yanılmalar (məsələn
teplorod, flogiston, efir və sair) elmin sonrakı inkişafı nəticəsində onların
səhvliyi aşkara çıxarılsa da, onlar az da olsa reallığın momentini ifadə
edir. Qeyri elmi -yanılmalarda isə obyektiv həqiqilik momentləri olmur.
Yalan gerçəkliyin təhrif olunmuş in‟ikasıdır. Onun idrakı məzmunu
reallığa uyğun gəlmir. Şüurlu surətdə söylənilən yalan bilərəkdən dezin-
formasiya deməkdir. Müəyyən niyyət güdmədən söylənilən yalan çox vaxt
yanılma ilə uyğun gəlir ki, bunda müəyyən obyektiv həqiqət momentləri
ola bilir.
Həqiqət nəzəriyyəsindən danışarkən belə bir cəhətə də diqqət
yetirilməlidir. Insanların gündəlik iqtisadi, sosial, siyasi və mə‟nəvi
fəaliyyətində biliyin təkcə həqiqi və ya yalan olması deyil, həm də onun
298
faydalı və ya faydasız olması mühüm əhəmiyyət kəsb edir. Qeyd
olunmalıdır ki,