Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Həqiqətin klassik (korespondensiya)



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə335/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   331   332   333   334   335   336   337   338   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Həqiqətin klassik (korespondensiya)
nəzəriyyəsi də vardır. O 
müəyyən fikrin həqiqiliyini müəyyənləşdirərkən onun gerçəkliyə uyğun 
gəlib gəlməməsini əsas götürür. Elə korespondensiya adı da uyğun gəlmə 
deməkdir. Bu baxış lap qədimdən yaranmışdır. Onun nümayəndələri Pla-
ton, Aristotel, Holbax, Helvetsiy və başqaları olmuşlar. Məsələn, Platon 
yazırdı: "Kim əşyalar haqqında, onların necə olduğuna uyğun danışırsa, o 
həqiqəti deyir. Onlar haqqında başqa cür danışan şəxs yalan söyləyir"
1
Əlbəttə, gerçəklikdə bilavasitə müşahidə olunan hadisə və 
proseslərə münasibətdə bu fikri asanlıqla həyata keçirmək mümkündür. 
Lakin müşahidə edilə bilməyən obyektlərdən söhbət getdikdə vəziyyət 
çətinləşir. Bu halda həqiqiliyi yoxlamaq üçün klassik nəzəriyyə çıxış yo-
lunu elmin dilini üç təbəqəyə bölməkdə görür: müşahidə dili, nəzəriyyə 
dili və interpretasiya (izah etmə) dili. Bu nəzəriyyə tərəfdarlarının fikrincə 
sonuncunun köməyilə bilavasitə müşahidə olunmayan nəzəri anlayışlar 
(elementar hissəciklər, spin və s.) müşahidə olunan anlayışlar formasına 
çevrilir. Yə'ni duyğular vasitəsilə təsvir oluna bilən anlayışlar şəklinə 
salınır. Beləliklə də nəzəri cümlələr, müşahidə oluna bilən şəraiti təsvir 
edən cümlələr kimi çıxış edir.
Bu nöqteyi-nəzərin səhvi əvvəla bundadır ki, belə çevirmə heç də 
həmişə mümkün olmur. Bundan əlavə bir çox hallarda şərait o qədər tez 
dəyişilir ki, onları birbaşa müşahidə etmək qeyri-mümkün olur. 
Beləliklə korespondensiya konsepsiyası nəzəriyyənin həqiqiliyini 
eksperiment vasitəsilə yoxlamaqda görür. Bu tələbin vacibliyi elmdə 
müəyyən qədər qəbul olunur. Belə ki, hər hansı bir hipotez formasında 
olan fərziyyə eksperimentə uyğun gəlməlidir. Eynilə də nəzəri konsepsiya 
eksperimentlə ziddiyyət təşkil etməməlidir. Hər bir nəzəriyyə eksperiment 
vasitəsilə yoxlanılır, verifikasiya (həqiqiliyi aşkara çıxarma deməkdir) 
edilir. Nəticədə onun doğru olduğu və ya doğru olmadığı aşkara çıxarılır. 
Lakin görkəmli filosof K.Popper bu qaydanın natamam olduğunu göstərir. 
Belə ki, hər bir nəzəriyyə tez və ya gec təkzib olunur, falsifikasiyaya 
uğrayır. Buna görə də həmin nəzəriyyənin əvvəldə eksperimentə uyğun 
gəlməsini əsl yoxlama hesab etmək olmaz. Həm də nəzərdə tutulmalıdır 
ki, eksperimentə uyğun gəlmiş nəzəriyyə öz həqiqiliyini müəyyən müddət 
üçün saxlayır. Çünki yeni nəzəriyyə onu dəyişdirir və təkmilləşdirir. Buna 
görə də nəzəriyyənin eksperimentə uyğun gəlməsini sadə yol ilə, yə'ni onu 
bir qədər təkmilləşdirmək yolu ilə aradan qaldırmaq olar. Bu halda elmi 
1
Платон. Сочинения. Т.1, М., 1968, с.417 


294 
nəzəriyyədə inqilab etmək lazım gəlmir. Belə ki, I.Lakatosun fikrincə hər 
bir nəzəriyyənin nüvəsi yəni ən əsas müddəaları sanki müəyyən qoruyucu 
təbəqə ilə əhatə olunur. bu təbəqə nisbətən az əhəmiyyətli müddəadır. 
Məhz onlar eksperiment sınaqlarına mə'ruz qalır. Nəzəriyyənin nüvəsi isə 
sabitdir. O yalnız bu qoruyucu təbəqə dağıdıldıqdan sonra məhv edilə 
bilər. 
Deyilənlərdən əlavə həqiqətin 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   331   332   333   334   335   336   337   338   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin