Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Obyektiv həqiqətin üç səpkisi vardır: adi məişət, aksioloji və



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə337/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   333   334   335   336   337   338   339   340   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Obyektiv həqiqətin üç səpkisi vardır: adi məişət, aksioloji və 
praksioloji
. Birinci səpki maddi və mənəvi məişət ilə əlaqəlidir. Bu halda 
insanların məişəti obyektiv reallıq kimi çıxış edir. Bu səpkidə həqiqətin 
özünəməxsus cəhətləri vardır. Həqiqətin aksioloji səpkisi onun mə'nəvi -
etik və estetik tərəfini, onun həyatın mə'nası və dəyərlərlə sıx əlaqəsini 
1
Алекссев П., А.Панин. Философия, с.120. 


295 
göstərir. Həqiqətin praksioloji səpkisi bunu ifadə edir ki, ona praktika ilə 
əlaqəli moment daxildir. 
Obyektiv həqiqətin daxilində həm də predmet xarakterli həqiqəti və 
mücərrəd həqiqəti ayırmaq olar. Birinci təbiət və cəmiyyətin real hadisə və 
prosesləri haqqında biliklərdə təzahür edir. Bu qəbildən olan həqiqətlərin 
meyarı praktika hesab olunur. Ikinci növ həqiqətlər predmet xarakterinə 
malik deyildir. Bunlara misal olaraq ideal riyazi obyektlərə (ədədlərə, 
funksiyalara, tənliklər sisteminə, çoxölçülü məkanlara və s) aid bilikləri 
göstərmək olar. Buraya həm də indiki dövrdə insanın təmasda ola bilmə-
diyi, yəni çoxdan olub keçmiş tarixi hadisələrə aid biliklər daxildir. Təbi-
idir ki, predmet xarakterli həqiqətə tətbiq olunan praktika meyarı burada 
yaramır. Əlbəttə bu hal onların obyektiv həqiqiliyini, yəni insanlardan və 
bəşəriyyətdən asılı olmayan məzmuna malik olduğunu istisna etmir. Tarixi 
biliklərin həqiqiliyini yoxlayarkən müxtəlif mənbələr və sənədlər əsas 
götürülür. 
Müasir idrak nəzəriyyəsində həqiqətin prosesual xarakteri 
əksəriyyət tərəfindən qəbul edilir. Bu o deməkdir ki, həqiqətə ani baş 
verən hadisə kimi yanaşmaq olmaz. O uzun müddəti əhatə edən və 
fasiləsiz davam edən prosesdir. Həqiqətin prosesuallığı 
mütləq və nisbi 
həqiqətin dialektikasını 
ifadə edir. Bu onu göstərir ki, həqiqət idrakın 
dinamik keyfiyyətidir. O, bəşəriyyət tərəfindən müəyyən şəraitdə qəbul 
olunmuş idrak aktlarının nəticəsi kimi yaranır. Obyektiv həqiqətin 
inkişafı, prosesində mütləq və nisbi həqiqətlər özünü göstərir. Mütləq 
həqiqət heç kim tərəfindən şübhə edilməyən, dəyişilməz əbədi müəyyən 
olunmuş bilikdir. O biliyin elə məzmununu ifadə edir ki, bu, elmin sonrakı 
inkişafı ilə təkzib olunmur, əksinə zənginləşir və həyatda təsdiq olunur. 
Həqiqətin mütləqliyi onun dolğunluğunda (tamamlığında) və qeyd şərtsiz 
olmasındadır. Belə həqiqətlərə subyektdən asılı olmayan, elmin gələcək 
tərəqqisi gedişində saxlanılan və təkrarolunan idraki məzmun xas olur. 
Mütləq həqiqət "əbədi həqiqət" dən fərqlənir. Sonuncu anlayış həqiqətin 
dəyişilməz olduğunu, onun bütün dövrlər üçün və bütün şəraitlərdə 
ədalətli olduğunu iddia edir. Əbədi həqiqətlərdən dəm vuran ehkamçı və 
teist fəlsəfi sistemlər həqiqətdə mütləqlik elementini həddən artıq 
şişirdirlər. Bu halda həqiqətin nisbiliyi, konkretliyi, prosesuallığı və tarix-
iliyi kimi keyfiyyətlərinə məhəl qoyulmur. Bu düzgün mövqe deyildir. 
Buna görə də bə'zi alimlər haqlı olaraq belə hesab edirlər ki, əbədi həqiqət 
anlayışını işlətmək artıqdır: o ya mütləq həqiqət anlayışı ilə uyğun gəlir, 
ya da mütləq həqiqətin şişirdilməsi olmaqla, mifologiyaya xidmət edir.
1
1
Bax: Ильин В.В. Философия, с.307 


296 
Bizi əhatə edən aləmdə hər şey dəyişir, inkişaf edir, bir keyfiyyət 
halından digərinə keçir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   333   334   335   336   337   338   339   340   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin