304
nəzəri yük və məna daşıyır. Deməli elmi problem elmin təkcə keçmişi ilə
deyil, həm də gələcəyi ilə (nəzəriyyə) maraqlanır. Bununla belə hər bir
elmi problem mövcud elmi bilik səviyyəsinə arxalanır.
Eyni zamanda
problem insanın səylərini elmi zirvələrin axtarışına yönəldir. Buna görə də
o daha dolğun və hərtərəfliyə biliyə yol açır.
Elmi problem adətən müəyyən sual şəklində formulə edilir. Elm
həmin suala tez və ya gec müsbət cavab verir. Elmi problemin qoyuluşu
və həlli dialektik xarakter daşıyır. Bir elmi problemin həlli digərini
doğurur.
Elmi nəzəriyyə
idrak fəaliyyətinin ali formasıdır.
Nəzəriyyə
idrakın yekun məhsuludur. O müəyyən hadisələr çsxluğunun
qanunauyğunluqları və mahiyyət əlaqələri haqqında dəqiq təsəvvürlər ve-
rir. Bu təsəvvürlərin dəqiqliyi praktikada yoxlanılır və sübuta yetirilir.
Elmin cəmiyyət həyatında rolu artdıqca o öz əhatə dairəsinə
getdikcə daha çox insanlar
və vasitələr cəlb edir, elmi informasiyanın
həcmi sürətlə artır. Hazırda dünyada 5 milyondan çox adam elmlə
məşğuldur. Normal inkişaf etmiş ölkənin məcmu milli məhsulunun 5-6
faizi elmə xərclənir.
1
Müasir elmin sürətli inkişafı öz ifadəsini onda tapır
ki, elmi kəşflər ilə onların praktikada tətbiqi arasındakı müddət ixtisara
salınır. Əgər əvvəllərdə bu müddət on illəri
və yüz illəri əhatə edirdisə,
indi bu göstərici cəmi bir neçə ilə bərabərdir. Elmin inkişafını əks etdirən
hər bir yeni elmi nəzəriyyə əvvəlki nəzəriyyə ilə əlaqədə olur. Bu
əlaqəlilik N.Borun kəşf etdiyi uyğungəlmə prinsipində ifadə olunur.
Həmin prinsip göstərir ki, istənilən elmi nəzəriyyə boş yerdə yaranmır.
Onun kökləri bu və ya digər dərəcədə əvvəlki nəzəriyyələrlə bağlıdır.
Elmin inkişafının çox mühüm qanunauyğunluğunu
Dostları ilə paylaş: