Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə353/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   349   350   351   352   353   354   355   356   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Aksiomatik metod 
nəzəriyyə yaratmaq işində xüsusi yer tutur. Ilk 
dəfə Evklid öz həndəsəsini yaradarkən bu metoda əsaslanmışdır. Sonralar 


313 
o başqa sahələrdə də tətbiq olunmaqdadır. Aksiomatik metod yolu ilə 
nəzəriyyə yaradılarkən əvvəlcə, sübuta ehtiyacı olmayan müddəalar - ak-
siomlar toplanılır. Sonra isə bunlardan müvafiq məntiqi qaydalar üzrə 
nəticələr-yeni biliklər sistemi hasil edilir. 
Hipotetik-deduktiv
metodun mahiyyəti ondadır ki, əvvəlcə bir-
birilə deduktiv cəhətdən əlaqəli hipotezlər sistemi yaradılır. Bundan sonra 
onlara əsaslanmaqla empirik faktlar haqqında müddəalar hasil olunur. Bu 
metoddan daha çox empirik xarakter daşıyan elmlərdə istifadə edilir, 
çünki onların nəzəriyyəsi təkcə ziddiyyətsiz deyil, həm də əsaslandırılmış 
olmalıdır. Bu metod iki pilləli xarakter daşıyır. Belə ki, ondan istifadə 
etdikdə hipotezlər sistemi təşkil edilir, sonra isə bu hipotezlər təcrübədə 
yoxlanılır və dəqiqləşdirilir.
Mücərrəddən (abstraksiyadan) konkretə yüksəlmə 
metodunun 
idrakda mühüm rolu aşağıdakı ilə bağlıdır. Hər bir nəzəri tədqiqatın 
vəzifəsi öyrənildiyi obyektin bütöv təsəvvürünü canlandırmaqdır. Həmin 
obyekt isə çoxsaylı müxtəlif əlaqələrin konkret çulğaşması kimi çıxış edir. 
Nəzəri tədqiqat həmin əlaqələri seçib ayırır və onları elmi abstraksiyaların 
köməyi ilə əks etdirir. Lakin bu abstraksiyalar hələ öyrənilən konkret ob-
yekt, onun fəaliyyəti və inkişafı haqqında dərin təsəvvür yaratmır. Bunun 
üçün fikrin mücərrəddən konkretə yüksəlməsi, yə‟ni fikrən öyrənilən ob-
yekti bütün dolğunluğu ilə ona xas olan əlaqə və münasibətlər halında 
götürmək tələb olunur. Təfəkkürün konkret hadisələrə nüfuzu 
dərinləşdikcə yeni-yeni abstraksiyalar tətbiq edilir ki, bunlar tədqiq olunan 
obyektin mahiyyətini daha dərin əks etdirmək imkanı verir. 
Bu metodun tətbiqi həm də ona görə zəruridir ki, real gerçəkliyin 
özündə konkret ilə mücərrəd vəhdətdə çıxış edir. Belə ki, əşyaların özündə 
konkretlik (tamlıq, bütövlük və hərtərəflilik) və mücərrədlik (ayrıca, 
birtərəflilik) obyektiv surətdə mövcuddur. Bizim təfəkkürümüz də bu 
vəhdəti mütabiq əks etdirməlidir. 
Mücərrəddən konkretə yüksəlmə prosesində məzmunun konkretliyi 
və rəngarəngliyi tədricən çoxalır. Deməli həmin proses irəliyə doğru 
yönəlir. Onun bu mahiyyətini Hegel aşkar etmişdir. O yazırdı ki, irəliyə 
doğru bu hərəkət hər şeydən əvvəl onunla səciyyələnir ki, o sadə 
təriflərdən başlayır, bundan sonra gələnlər isə daha zəngin və daha 
konkretdirlər. Çünki hər bir nəticə özündə ilkin əsası saxlayır və hər yeni 
mərhələdə onun əvvəlki məzmunu daha da zənginləşir.
1

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   349   350   351   352   353   354   355   356   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin