Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Nəzəri tədqiqatın metodları içərisində aşağıdakılar



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə352/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   348   349   350   351   352   353   354   355   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Nəzəri tədqiqatın metodları içərisində aşağıdakılar
xüsusilə 
mühümdür: 
formallaşdırma, aksiomatik metod, hipotetik-deduktiv 
metod, fikrin mücərrəd konkretə doğru yüksəlməsi, tarixi ilə 
məntiqin vəhdəti. 
Formallaşdırma metodu
obyekt haqqında mühakimələri işarələr, 
formullar vasitəsilə ifadə etməyi nəzərdə tutur. Bu yol ilə, öyrənilən 
predmetin mahiyyətini açan ümumiləşdirilmiş işarəvi modeli yaradılır. 
Müasir dövrdə elmlərin riyaziləşməsi prosesi ilə əlaqədar formallaşdırma 
1
Bax: Штофф В. Проблемы методологии научного познания, М., 1978, с. 
84-85. 


312 
metodunun rolu da artır. Məntiq elmində, struktur linqvistika və digər 
sahələrdə ondan geniş istifadə olunur. 
Adi danışıqda formallaşdırma müəyyən qədər mənfi mə‟nada (for-
malizm) işlənilir. Bundan fərqli olaraq elmi idrakda formallaşdırma 
dedikdə o başa düşülür ki, biz müvəqqəti olaraq öyrəndiyimiz obyektin 
məzmununu bir kənara qoyuruq. Əsas diqqəti onun formalarının tədqiqinə 
yönəldirik. Formallaşdırma metodu hazırda geniş tətbiq olunan ümumelmi 
metod statusu almışdır. 
Formallaşdırmanın aşağıdakı üstünlükləri vardır: 
1) Bu halda alınmış mühakimələr və nəticələr formal dilə, yə‟ni 
işarə-simvollar dilinə çevrilir. Nəticədə bir-birindən çox uzaq olan və bir-
birinə bənzəməyən obyektlər arasında mühüm səciyyəli ümumi tərəflər 
aşkar olunur və tədqiq edilir. Məsələn bu yol ilə insan ürəyinin 
döyünməsinin dalğavari xarakteri ilə okeandakı dalğa arasında oxşar 
cəhətləri tapmaq və onların hər ikisi üçün ümumi olan universal tənlik 
yaratmaq mümkündür. 
2) Bu metodda sün‟i dilin təbii dildən üstünlükləri (dəqiqliyi və 
birmə‟nalılığı) istifadə edilir. 
3) Formallaşdırma nəticəsində az saylı düsturlarla əsaslanmaqla 
çoxlu müddəalar hasil etmək mümkündür. 
4) Formallaşdırma bir çox məntiqi əməliyyatları riyaziləşdirmək və 
maşının əməliyyat apara biləcəyi şəklə salmaq imkanı verir. 
Bu deyilənlərlə yanaşı göstərilməlidir ki, formallaşdırma metodu da 
müəyyən həddlər daxilində özünü doğruldur. Əvvəla, nəzərdə tutulmalıdır 
ki, elmləri sözün mütləq mə‟nasında formallaşdırmaq qeyri-mümkündür. 
Sonra, formallaşdırılmış məntiqi-riyazi nəticələri obyektlərin konkret 
məzmununa aid edərkən səhvlər özünü göstərə bilər. Nəhayət, 
unudulmamalıdır ki, formallaşdırma əsas məqsəd deyil, ona çatmaq yo-
lunda vasitədir. Buna görə də formallaşdırma tətbiq edərkən biz obyektin 
məzmununu 
yaddan 
çıxarmamalıyıq. 
Nəzərdə 
tutmalıyıq 
ki, 
formallaşmanın nəticələrindən istifadə etməklə obyektin məzmunu daha 
dərindən açılmalıdır. 
Müasir elmi idrakda formallaşdırma metodu riyazi (kompüter) 
modelləşdirmə ilə sıx əlaqədə tətbiq olunur. Bu modelldəşdirmə xüsusi 
olaraq işlənib hazırlanmış və kompüterə daxil edilmiş proqramlar 
vasitəsilə aparılır. Həmin proqramlarda nəzəri məntiqi, riyazi və işarəvi 
simvolik ideal modellər bir-birilə əlaqələndirilir. Hazırda kompüter 
modelləşdirilməsi iqtisadiyyat, demoqrafiya, proqnozlaşdırma, kosmonav-
tika, kimya, biologiya və sair elm sahələrində uğurla tətbiq olunur. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   348   349   350   351   352   353   354   355   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin